11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///     13:45 Yollarda tıxac zamanı sürücülərin beş təhlükəli səhvi: Ekspertdən XƏBƏRDARLIQ   ///     13:09 Uşaqların 1-ci sinfə qəbulu BAŞA ÇATIR   ///     14:09 Sentyabrın 10-da hava durumu necə olacaq?   ///     10:04 DYP "Formula-1" ilə əlaqədar hərəkət iştirakçılarına müraciət etdi   ///    

Azərbaycan prezidentinin köməkçisi son danışıqlar haqda: "Sarkisyan nə qədər quyruq bulasa da..."

Azərbaycan prezidentinin köməkçisi son danışıqlar haqda: "Sarkisyan nə qədər quyruq bulasa da..."
Azərbaycan prezidentinin köməkçisi son danışıqlar haqda: "Sarkisyan nə qədər quyruq bulasa da..."


"Təəssüflər olsun ki, S.Sarkisyan yenə öz ampluasındadır. Adətinə uyğun olaraq, danışıqlar zamanı əldə olunan razılaşmanı pozmağı özünə şərəf sayır. Qərara alınmışdı ki, razılaşdırılmış məqamlardan əlavə hələlik heç bir bəyanat verilməsin. Amma o, bunu etdi. Söz versə də, yenə də sözünün üstündə durmadı. Heç olmasa, həmsədrlərdən və ATƏT-in nümayəndəsindən utanaydı. Görünür, danışıqları pozmaq niyyətindən əl çəkmək istəmir".

BAKU.WS-in məlumatına görə, bunu Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov özünün “Facebook" səhifəsində yazıb.

"Ermənistan prezidenti bilir və unutmamalıdır ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və belə də qalacaq. Sarkisyanın planı nə onun vaxtında, nə də ondan sonra gələnlərin vaxtında reallaşmayacaq. Nə qədər himayədarlarına quyruq bulasa da, yuxusu çin olmayacaq. Sadəcə olaraq, deyəsən, onun məqsədi, Ermənistanda yaşayanları daim təşviş və zillət içərisində saxlamaqdır. Nə olar, qoy çalışsın", - deyə N. Məmmədov qeyd edib.
Azərbaycan prezidentinin köməkçisi son danışıqlar haqda: "Sarkisyan nə qədər quyruq bulasa da..."
Siyasət
İlham Əliyev: "Azərbaycan COP29-a var gücü ilə hazırlaşır"

İlham Əliyev: "Azərbaycan COP29-a...

Siyasət
"Biz Şuşaya qayıtmışıq, əbədi qayıtmışıq!" - Prezident

"Biz Şuşaya qayıtmışıq, əbədi...

Siyasət
Vahid Əhmədov deputatlığa namizədliyini geri götürüb

Vahid Əhmədov deputatlığa...

Siyasət
Prezidentin Vergilər Nazirliyində yüksək vəzifəyə təyin etdiyi Mətin Eynullayev kimdir?

Prezidentin Vergilər Nazirliyində...

Siyasət
"Səhiyyə naziri cənab prezidentə səhv məlumat vermək istəyirdi" — Deputat

"Səhiyyə naziri cənab prezidentə...

Siyasət
Pakistanın xarici işlər naziri Azərbaycana gəlib

Pakistanın xarici işlər naziri...

Комментарии (0)