11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///     13:45 Yollarda tıxac zamanı sürücülərin beş təhlükəli səhvi: Ekspertdən XƏBƏRDARLIQ   ///     13:09 Uşaqların 1-ci sinfə qəbulu BAŞA ÇATIR   ///     14:09 Sentyabrın 10-da hava durumu necə olacaq?   ///     10:04 DYP "Formula-1" ilə əlaqədar hərəkət iştirakçılarına müraciət etdi   ///    

II Şuşa Qlobal Media Forumunun üçüncü günü: Süni intellekt və KİV

II Şuşa Qlobal Media Forumunun üçüncü günü: Süni intellekt və KİV

II Şuşa Qlobal Media Forumunun sonuncu günü "Süni intellektin reallığa, mediaya və dezinformasiyaya təsiri: Media savadlılığının təşviqi" mövzusunda panel müzakirələrlə başlayıb.

"Report"un Şuşaya ezam olunmuş əməkdaşının məlumatına görə, müzakirələrə "Haber Global"ın aparıcısı Saynur Tezel moderatorluq edib.

"Pakistan Daily" qəzetinin redaktoru Hamza Azhar hesab edir ki, süni intellekt KİV-də yaxşı tətbiq oluna bilər.

"Jurnalistika süni intellektdən istifadə edə bilər, bu sahədə təlimlər çox vacibdir, lakin süni intellekt sahəsində təkcə jurnalistlər Davranış Kodeksi yaratmalı deyillər, BMT-nin bu məsələ ilə məşğul olması daha yaxşı olardı", - o qeyd edib.

Milli Layihələrin Strateji Araşdırmalar Agentliyinin direktor müavini və Koreya Siyasi Elmlər Assosiasiyasının vitse-prezidenti Gi Un Çjonun sözlərinə görə, süni intellektdən istifadə edərək yaradılan və yayılan dezinformasiya ilə mübarizə aparmaq üçün hər bir ölkə öz texnoloji müdafiəsini yaratmalıdır.

"Məsələn, biz Cənubi Koreyada "Microsoft"a alternativ proqram yaratmışıq. Hesab edirəm ki, hər bir ölkənin daxili ehtiyacları və xüsusiyyətləri nəzərə alınmaqla bu cür alternativləri olmalıdır. Dezinformasiyaya qarşı mübarizəyə gəlincə, süni intellektin köməyi ilə məlumatların istifadəsi çox vacibdir, lakin son məhsulun istehsalçıları məsuliyyət daşımalıdırlar", - o qeyd edib.

Daha sonra çıxış edən Qlobal Siyasət İnstitutunun prezidenti Paolo Von Şirah süni intellektin sənayedə və insan fəaliyyətinin digər sahələrində faydalarından danışıb.


Siyasət
Ermənistan Laçın üzərində kəşfiyyat uçuşlarına cəhd edib

Ermənistan Laçın üzərində kəşfiyyat...

Siyasət
Şəkinin İcra başçısının villalarının fotoları yayıldı - İDDİA

Şəkinin İcra başçısının...

Siyasət
"Əl-Cəzirə" kanalı Füzulidən süjet yayımladı

"Əl-Cəzirə" kanalı Füzulidən süjet...

Siyasət
Sülh Platforması 20 Yanvar faciəsi ilə bağlı bəyanat verib

Sülh Platforması 20 Yanvar faciəsi...

Siyasət
Əli Həsənov: Bu, hələ son deyil

Əli Həsənov: Bu, hələ son deyil...

Siyasət
Ali Baş Komandan: "Azərbaycanda daxili qeyri-sabitlik var idi, Ermənistan da bundan sui-istifadə etdi"

Ali Baş Komandan: "Azərbaycanda...

Комментарии (0)