11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

DİN porno saytlara girənləri cərimələyir? - AÇIQLAMA

DİN porno saytlara girənləri cərimələyir? - AÇIQLAMA

Azərbaycanda bəzi porno saytlara giriş etdikdə ekrana Daxili İşlər Nazirliyi (DİN) tərəfindən cərimə olunmaqları barədə xəbərdarlıq mesajları gəlir. Bu barədə bəzi sosial şəbəkə istifadəçiləri məlumat paylaşıb.

Belə ki, mesajda istifadəçiyə pedofiliya elementləri, zorakılıq və homoseksualizm təbliğatlı pornoqrafik saytlara dəfələrlə girdiyi üçün blok olunduğu və blokdan çıxmaq üçün 100 manat cərimə ödənilməsi tələb edilir. Cərimənin ödənilməsi üçün hesab nömrəsi də göstərilir. 
Hətta deyilənə görə, bu cəriməni qeyd olunan hesaba ödəyən insanlar da az deyil.
Xatırladaq ki, bu məsələ bir neçə il öncə araşdırılmış və DİN-dən bildirilmişdi ki, bu cərimələrin nazirliklə heç bir əlaqəsi yoxdur. Yəni vətəndaşları cərimələyən DİN yox, dələduzlardır. Amma bu məsələ bir neçə il öncə araşdırılsa da, bu problem hələ də qalmaqdadır.
Maraqlıdır DİN niyə hələ də onların adından istifadə edən bu şəxsləri tapa bilmir? İnternet istifadəçiləri bu cür dələduzlardan necə qorunsunlar?
Redaktor.az-ın sorğusuna cavab olaraq DİN Mətbuat xidmətinin bölmə rəisi, polis baş leytenantı Zeyni Hüseynov bildirdi ki, belə dələduzluq halları bir neçə il əvvəl də müşahidə edilib:
“Həmin vaxt və ondan sonrakı müddətdə Daxili İşlər Nazirliyi tərəfindən müvafiq araşdırma aparılıb və bu əməli törədənlər ifşa edilərək qanunvericilikdə nəzərdə tutulmuş qaydada cəzalandırılıblar. Lakin yeni dələduzlar ortaya çıxır. Buna görə də bu cür mesajların qarşısını birdəfəlik almaq mümkün deyil.
Ona görə də vətəndaşlarımızın internet resurslarından təhlükəsiz istifadə etmələri, o cümlədən kibercinayətkarlıq halları ilə üzləşməmələri üçün dəfələrlə KİV və sosial şəbəkələr vasitəsilə maarifləndirici postlar paylaşaraq bu halların necə baş verməsi barədə məlumatlar veririk.
Fürsətdən istifadə edib bir daha diqqətə çatdırırıq ki,  vətəndaşlarımız bu tipli mesajlara inanmasınlar və heç bir halda ödəniş etməsinlər. Belə halla rastlaşdıqda isə Nazirliyin "102" Xidməti-Zəng Mərkəzinə, eləcə də sosial şəbəkələrdəki səhifələrinə məlumat versinlər”.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin mətbuat xidməti Vüsalə Səid Eyyub isə dedi ki, ödəniş etmədən müvafiq qurumdan dəqiqləşdirmək lazımdır:
“Vətəndaşlara müxtəlif qurum və şirkətlərin adından müraciət edərək onlardan maddi vəsaitin ələ keçirilməsi halları ilə bağlı mütəmadi olaraq maarifləndirmə tədbirləri həyata keçirilir. Vətəndaşlara bu kimi kiberdələduzluq hallarından qorunmaq üçün müraciətin doğruluğunu yoxlamaq məqsədilə ödəniş etmədən öncə adı çəkilən qurumla əlaqə saxlamaları tövsiyə olunur”.
Muxtelif
AYRILIQ MESAJLARI

AYRILIQ MESAJLARI...

Muxtelif
Əyləncəli WhatsApp Söhbətləri - FOTO

Əyləncəli WhatsApp Söhbətləri - FOTO...

Muxtelif
Naxçıvanın muxtariyyəti nə vaxt ləğv ediləcək? - AÇIQLAMA

Naxçıvanın muxtariyyəti nə vaxt...

Muxtelif
Youtube "wargonzo" səhifəsini sildi

Youtube "wargonzo" səhifəsini sildi...

Muxtelif
Nostradamusun Türkiyə və 3-cü dünya müharibəsi ilə bağlı ÖNCƏGÖRMƏLƏRİ

Nostradamusun Türkiyə və 3-cü dünya...

Muxtelif
Səs yazısı korrupsiya əməlində sübut sayıla bilərmi?

Səs yazısı korrupsiya əməlində...

Комментарии (0)