11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Səs yazısı korrupsiya əməlində sübut sayıla bilərmi?

Səs yazısı korrupsiya əməlində sübut sayıla bilərmi?
Rüşvətin alınmasını və ya onun verilməsini sübuta yetirmək elə də asan deyil. Vətəndaşlar bəzən bu cinayət əməlini ictimailəşdirmək üçün video-kameralardan, yaxud səs yazılarından istifadə edirlər. Bəs görəsən səs yazısı rüşvətin alınıb-verilməsini sübuta yetirmək üçün istintaq prosesində dəlil sayıla bilərmi?

Məsələ ilə əlaqədar vəkil İntiqam Hacıyevə müraciət etdik.

Vəkil e-huquq.az-a bildirib ki, səs yazısının sübut sayılması üçün, ilk növbədə, onun qanuni olub-olmamasına baxmaq lazımdır: “Yəni səs yazısı qeydə alınarkən bunun qanun çərçivəsində həyata keçirilib-keçirilmədiyinə nəzər yetirmək lazımdır”.

Onun sözlərinə görə, əgər səs yazısı qanunsuzdursa və o, istintaqın marağında olarsa, ekspertiza təyin edilir: “Ekspertiza həmin səs yazısındakı səsin doğrudan da prosesə məxsus olub-olmadığını müəyyənləşdirir. Ekspert rəy versə ki, səs yazısındakı səs müəyyən şəxsə məxsusdur o zaman bu, sübut sayılır və o, hüquqi formada sənədləşdirilir. Bəzən müstəntiq səs yazısına maraq göstərmir”.

İ.Hacıyev qeyd edib ki, ümumilikdə səs yazısı qanunsuz olduğuna görə sübut sayıla bilməz: “Yenə də təkrar edirəm ki, sübut etmək üçün isə ekspertiza təyin edirlər”. Vəkil diqqətə çatdırıb ki, səsin qanunsuz yazılmasına görə heç bir cəza müəyyən edilməyib: “Bu, qanunvericilikdə, o cümlədən Konstitusiyada qadağan edilsə də, səs yazısının qeydə alınmasına görə məsuliyyət heç bir yerdə nəzərdə tutulmayıb”.
Muxtelif
Menalı Statuslar 2-ci Hisse

Menalı Statuslar 2-ci Hisse...

Muxtelif
Dövlət İmtahan Mərkəzi tanınmış şirkəti məhkəməyə verdi

Dövlət İmtahan Mərkəzi tanınmış...

Muxtelif
Ağcaqanadlar bu qan qrupu olanları daha tez-tez dişləyir

Ağcaqanadlar bu qan qrupu olanları...

Muxtelif
Dünya liderlərinin son sözləri

Dünya liderlərinin son sözləri...

Muxtelif
Üzüm yarpağı çayının faydaları

Üzüm yarpağı çayının faydaları...

Muxtelif
TikTok məşhurundan İsrail iddiası: "Pul təklif etdilər"

TikTok məşhurundan İsrail iddiası:...

Комментарии (0)