11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Media Reyestrinin olmasının jurnalistlər üçün hansı üstünlükləri var? - AÇIQLAMA

Media Reyestrinin olmasının jurnalistlər üçün hansı üstünlükləri var? - AÇIQLAMA
""Media haqqında" Qanunun qəbulundan sonra Media Reyestri bu günlərdə fəaliyyətə başlayacaq. Bu, bəzən jurnalistləri qorxudur, bəzən yanlış başa düşülür. Amma ümumilikdə demək lazımdır ki, Media Reyestrinin olması jurnalistlər üçün, ciddi redaksiyalar üçün çox böyük dividend gətirir. Media Reyestrinə qeydiyyata düşmək subyekt kimi artıq tanınmaq deməkdir. Yəni bir media vasitəsi artıq media subyekti kimi tanınacaq".
Bu sözləri Sonxeber.az-a açıqlamasında Səs İnformasiya Agentliyinin (SİA) baş direktoru Bəhruz Quliyev Media Reyestrinin fəaliyyətə başlaması ilə bağlı danışıb.
B.Quliyev bildirib ki, Media Reyestrinin olması ciddi resurslar üçün yalnız müsbət haldır:
"Ənənəvi olaraq media subyekti kimi tanınan redaksiyanın jurnalistləri qeydiyyatdan keçəcək. Ümumiyyətlə, jurnalistlərin media reyestrindən qeydiyyatdan keçməsi jurnalist üçün yalnız müsbət haldır. Belə ki, burada jurnalistlər dövlətin imtiyazlarından istifadə edə bilir. Eyni zamanda, ona verilən vəsiqə artıq legal sayılır və bütün dövlət qurumları tərəfindən tanınır. Bu, digər jurnalistləri qorxutmasın. Yəni bura jurnalistlərin qeydiyyatdan keçməsi könüllüdür, onlar keçməyə də bilərlər. Belə ki, jurnalistin işlədiyi redaksiyanın vəsiqəsi də kifayyət edir.
Ümumiyyətlə, burada məhdudlaşdırma yoxdur ki, redaksiya öz əməkdaşına vəsiqə verməsini qadağan etsin və s. Redaksiya öz əməkdaşına vəsiqələrin verilməsində heç bir problem yaratmamalıdır və bu vəsiqə də etibarlıdır. Lakin hesab edirəm ki, reyestrdən keçən jurnalistlərə verilən vəsiqələr rəsmi qurum tərəfindən verilən vəsiqə kimi daha etibarlıdır. Burada uduşumuz odur ki, bu, medianın sağlamlaşmasına doğru atılmış bir addımdır. Təəssüf ki, artıq mediada qeyri-sağlam jurnalist adını qoyub fəaliyyət göstərən bəzi ünsürlər də var. Jurnalist adlandırmaq istəmədiyim bu tip jurnalistlərin qeydiyyat məsələsində bəzi davranışların qarşısı alınacaq. Bu məsələdə pis bir şey yoxdur. Hesab edirəm ki, medianın reyestrdən keçməsi ciddi resurslar üçün yalnız üstünlük olacaq, irəliyə doğru atılmış bir addım kimi dəyərləndiriləcək və biz onun real nəticəsini görəcəyik".
Muxtelif
AYRILIQ MESAJLARI

AYRILIQ MESAJLARI...

Muxtelif
Əyləncəli WhatsApp Söhbətləri - FOTO

Əyləncəli WhatsApp Söhbətləri - FOTO...

Muxtelif
Naxçıvanın muxtariyyəti nə vaxt ləğv ediləcək? - AÇIQLAMA

Naxçıvanın muxtariyyəti nə vaxt...

Muxtelif
Youtube "wargonzo" səhifəsini sildi

Youtube "wargonzo" səhifəsini sildi...

Muxtelif
Nostradamusun Türkiyə və 3-cü dünya müharibəsi ilə bağlı ÖNCƏGÖRMƏLƏRİ

Nostradamusun Türkiyə və 3-cü dünya...

Muxtelif
Səs yazısı korrupsiya əməlində sübut sayıla bilərmi?

Səs yazısı korrupsiya əməlində...

Комментарии (0)