11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Keyfiyyətli əti necə seçək?

Keyfiyyətli əti necə seçək?
Keyfiyyətli əti necə seçək?


Keyfiyyətli əti necə seçək?

Azərbaycanda insanların istifadə etdiyi qidalar sırasında ət məhsulları üstünlük təşkil edir. Bəs keyfiyyətli və təzə əti necə seçmək olar.

MAY.AZ oxu.az-a istinadən yaxşı əti necə seçmək barədə yazını təqdim edir:

Ətin təzə olduğunu rəngi, görünüşü, qoxusu, dərialtı piy və iliyin vəziyyəti, hazırlanan bulyon və bişdikdən sonra keyfiyyətindən bilmək olur.

Qoçun və arıq qoyunun əti daha bərk olur. Qara qoyunun əti çox dadlıdır. Sarı rəngli cavan, iri qoyunun ətinin qida dəyəri yüksək və yağlı olduğu üçün dadlı olur. Ala quzunun əti daha dadsızdır və həzm olunması çətindir.

Yalnız təzə ət alın. Belə ət daha dadlı və faydalıdır, onun tərkibində olan bütün faydalı maddələr saxlanılır. Yaxşı mal əti açıq qırmızı rəngdədir. Yaxşı qoyun əti mal ətindən bir az tünd olur.

Ətin rəngi tünd qırmızıdırsa, bu, o deməkdir ki, heyvan qoca olub. Belə ətin dadı yaxşı olmur. Yaxşı mal ətinin piyi ağ rəngdə, qoyun ətinin piyi isə krem rəngində olmalıdır. Qoca heyvanların piyi tünd sarı rəngdə olur.

Dondurulmuş ətin keyfiyyətli olub-olmadığını təyin etmək bir az çətindir. Eyni zamanda, dondurulmuş ət öz faydalı xüsusiyyətlərini qismən itirir.

Ətə əl vurduqda çox yumşaq, boş olmamalıdır. Yaxşı ət quru olur, ələ yapışmır, selikli olmur.
Ən yaxşısı heyvanın yanında kəsilməsidir. Beləcə, ətin təzə və keyfiyyətli olmasına heç bir şübhə olmur.
Muxtelif
Bu marşrutların hərəkət istiqamətləri DƏYİŞDİRİLİR

Bu marşrutların hərəkət...

Muxtelif
Doğru yol....

Doğru yol.......

Muxtelif
Anlamı Statuslar

Anlamı Statuslar...

Muxtelif
Bakıda ən ucuz taksi xidmətləri (QİYMƏTLƏR)

Bakıda ən ucuz taksi xidmətləri...

Muxtelif
İliyimdə olan vecsizlik sənə işləyər...uzaq dayan...

İliyimdə olan vecsizlik sənə...

Muxtelif
Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı saxlanılanların videoları məhkəmədə göstərildi

Fazil Mustafaya sui-qəsd cəhdi ilə...

Комментарии (0)