11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Yüksək vəzifə həvalə olunan Vətən Müharibəsi Qəhrəmanının DOSYESİ

Yüksək vəzifə həvalə olunan Vətən Müharibəsi Qəhrəmanının DOSYESİ

Heydər Əliyev adına Hərbi İnstitutun rektoru vəzifəsinin icrası Vətən Müharibəsi Qəhrəmanı polkovnik Nizami Mövlanova həvalə edilib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, Nizami Bəydəmir oğlu Mövlanov 16.10.1976-cı ildə Qusar rayonunun Utuq qəsəbəsində anadan olub.

Uşaq yaşlarından hərbçi olmağı arzulayan Nizami Mövlanov 1991-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub.

1994-98-ci illərdə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində (BABKM) təhsil alıb.

Ali hərbi təhsili başa vuran Nizami Mövlanov 1998-ci ildən Azərbaycan Ordusunun "N" saylı hərbi hissəsində leytenant hərbi rütbəsində xidmətə başlayıb.

O, 2014-cü ildə Ağdam istiqamətində Ermənistan silahlı qüvvələrinin hücumunun qarşısının alınması zamanı yaralanıb.

1998-2015-ci illərdə müxtəlif hərbi hissələrdə fərqli vəzifələrdə xidmət edən zabit N.Mövlanov 2015-ci ildən 2018-ci ilin aprelinə qədər Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (TTM) baş müəllim işləyib.

2019-cu ildən isə ön cəbhədə müdafiə məqsədli əməliyyatlarda "N" saylı hərbi hissənin qərargah rəisi olaraq xidmət edib.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, Nizami Mövlanova "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib.

I, II, III dərəcəli "Qüsursuz xidmətə görə", "Azərbaycan Silahlı Qüvvələri Veteranı" medalları, Azərbaycan Silahlı Qüvvələrinin 10, 90 və 95 illiyi, həmçinin "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları ilə təltif edilib.

Nizami Mövlanov 2021-ci ilin iyunundan Heydər Əliyev adına Hərbi İnstitutun rəis müavini vəzifəsində xidmət edib.


Muxtelif
Azərbaycanda siqaret çox ucuzdur - ÜST

Azərbaycanda siqaret çox ucuzdur -...

Muxtelif
Yalana aid Atalar Sözləri

Yalana aid Atalar Sözləri...

Muxtelif
Metroların qarşısında çadırlar quruldu - bayram yarmarkalarına start verildi

Metroların qarşısında çadırlar...

Muxtelif
Milçəkləri evdən qovmağın inanılmaz yolu - Qaçmağa siçan deşiyi axtarırlar

Milçəkləri evdən qovmağın inanılmaz...

Muxtelif
Nəm salfetlərin satışına qadağanın səbəbi...

Nəm salfetlərin satışına qadağanın...

Muxtelif
Damarları partlayan kimi işgəncə verilir, duzlu su içirdib, sonrada...

Damarları partlayan kimi işgəncə...

Комментарии (0)