11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Azərbaycanda siqaret çox ucuzdur - ÜST

Azərbaycanda siqaret çox ucuzdur - ÜST
Azərbaycanda siqaret çox ucuzdur - ÜST



Azərbaycanda tütünçəkmə ilə mübarizədə bir çox işlər görülüb, amma ölkədə siqaretin qiyməti hələ də ucuzdur, buna görə də hazırda bu istiqamətdə işlər aparılır.

MAY.AZ-ın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı "İlkin səhiyyə xidmətləri və qeyri-yoluxucu xəstəliklərlə mübarizəfə potensialın artırılması" mövzusunda seminarda deyib.

Onun sözlərinə görə, Azərbaycanda tütünçəkmə ilə mübarizə üzrə çox yaxşı qanun qəbul edilib: "Qanunun qəbulu əsas olsa da, onun icra mexanizminin tətbiqi daha vacibdir. Hazırda bununla bağlı sıxıntılar var".

H.Harmancı əlavə edib ki, Azərbaycan hökuməti ilə ÜST arasında bağlanan növbəti əməkdaşlıq müqaviləsinin müddəti bu il bitir. Buna görə də bu il Azərbaycan hökuməti ilə növbəti iki il - 2020-2021-ci illər üçün əməkdaşlıq müqaviləsi imzalanacaq.

ÜST rəsmisi yeni müqavilədə də qeyri-yoluxucu xəstəliklərə nəzarət, ana və uşaq sağlamlığının qorunması istiqamətlərinin əməkdaşlıqda əsas prioritet olacağını söyləyib.
Muxtelif
AYRILIQ MESAJLARI

AYRILIQ MESAJLARI...

Muxtelif
Əyləncəli WhatsApp Söhbətləri - FOTO

Əyləncəli WhatsApp Söhbətləri - FOTO...

Muxtelif
Naxçıvanın muxtariyyəti nə vaxt ləğv ediləcək? - AÇIQLAMA

Naxçıvanın muxtariyyəti nə vaxt...

Muxtelif
Youtube "wargonzo" səhifəsini sildi

Youtube "wargonzo" səhifəsini sildi...

Muxtelif
Nostradamusun Türkiyə və 3-cü dünya müharibəsi ilə bağlı ÖNCƏGÖRMƏLƏRİ

Nostradamusun Türkiyə və 3-cü dünya...

Muxtelif
Səs yazısı korrupsiya əməlində sübut sayıla bilərmi?

Səs yazısı korrupsiya əməlində...

Комментарии (0)