09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

Çində koronavirusun müalicəsində YENİ ÜSUL

Çində koronavirusun müalicəsində YENİ ÜSUL
Çində koronavirusun müalicəsində YENİ ÜSUL


Honkonq Universitetinin alimləri koronavirusun müalicəsinin yeni yolunu kəşf ediblər.

MAY.AZ-ın verdiyi xəbərə görə, bu barədə "South China Morning Post" yazır.

Belə ki, xəstəlikdən sağalanların qanından götürülmüş anticismlərin köçürülməsi ifeksiyaya qarşı mübarizədə kömək ola bilər.

Çin mikrobioloqları Suriya dağsiçanları üzərində təcrübələr aparıblar. Onların bədənindəki ACE2 (angiotensinə çevirən ferment 2) zülalının quruluşu insanın bədənindəki ilə oxşardır.

Zülal virusun bədən hüceyrəsinə daxil olması üçün reseptor hesab olunur.

Yoluxmanın ilk həftəsində heyvanlar ağır simptomlarda müşahidə olunub: virus ağciyərlər, traxeya, immunitet sistemi və bağırsaqlara mənfi təsir edib. Sonra tədricən bəzi gəmiricilər sağalmağa başlayıb, çəkiləri bərpa olunub, qanlarında isə anticismlər əmələ gəlib.

Tədqiqatçılar onların qanını araşdırıb sağlam dağsiçanlarına köçürdükdən sonra koronavirusa yoluxdurublar.

Bu halda bədəndəki virus yükünün on qat daha az olduğu ortaya çıxıb.

Bundan əlavə, təcrübə zamanı məlum olub ki, yoluxmuş heyvanlar sağlamlarla eyni qəfəsdə olarkən virusu onlara ötürə bilər.

Hazırda alimlər müvafiq tədqiqatları insanlar üzərində aparmaq üçün tibbi etika komitəsindən təsdiq gözləyirlər.

Natəvan Baxşiyeva
Sağlam ol
Yoluxanların sayı 90-ı keçdi

Yoluxanların sayı 90-ı keçdi...

Sağlam ol
Bir çox xəstəliyi müalicə edən QƏDİM HİND RESEPTİ

Bir çox xəstəliyi müalicə edən...

Sağlam ol
Tez qocalmamaq üçün bu orqanlarınızı qoruyun

Tez qocalmamaq üçün bu...

Sağlam ol
Boğazda quruluq nəyin əlaməti sayılır?

Boğazda quruluq nəyin əlaməti...

Sağlam ol
Uşaqlarda allergiya və ondan qorunma

Uşaqlarda allergiya və ondan qorunma...

Sağlam ol
30 yaşdan sonra bu qidalardan İSTİFADƏ ETMƏYİN... - XƏBƏRDARLIQ

30 yaşdan sonra bu qidalardan...

Комментарии (0)