09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

MƏRƏÇÖYÜD yoxsa QULANÇAR? - Ölünü dirildən tərəvəz

MƏRƏÇÖYÜD yoxsa QULANÇAR? - Ölünü dirildən tərəvəz
Nazik yaşıl zoğları olan mərəçöyüd əsasən qaratikan kollarının ətrafında təbii halda bitir. El arasında o, daha çox qulançar kimi tanınsa da, elmi təbabətdə mərəçöyüd adlanır. Zülalla ən çox zəngin olan tərəvəzlərdən biridir.
BiG.AZ Aztibb.az-a istinadən xəbər verir ki, aprel ayı mərəçöyüdün əsas mövsümü sayılır. Bu ayda onun yumşaq və cavan zoğları toplanılaraq çiy halda yeyilir.
Onun zahirən qanqalı xatırladan cavan zoğları çox vitaminli və xeyirlidir. Mərəçöyüdü həm də bişirib yeyirlər. Budaqları duzlu suda pörtlədilir, azca sıxılaraq duzu çıxarılır və yağ-soğanla qızardılır.
Onu qızartmaq, qaynatmaq, yaxud buxarda və digər üsullarla bişirmək olar. Yığılandan sonra yuyulub yumurta ilə, yaxud da yağ-soğanla qovurularaq bişirilir.
Mərəçöyüd həzm sistemini tənzimləməyə kömək edir və xora kimi mədə-bağırsaq xəstəliklərinə çox faydalı təsir göstərir. Maraqlıdır ki, mərəçöyüdün faydalı xüsusiyyətləri onun müxtəlif üsullarla bişirilməsi prosesində itmir.
Mərəçöyüdün tərkibində gözləri, dərini, immun sistemini müdafiə edən A vitamini, eləcə də kapilyarları möhkəmləndirən və dəridə zülalın, kollagenin əmələ gəlməsində iştirak edən S vitamini var. Sümüklərin formalaşması və qanın laxtalanması üçün istifadə edilən K vitamininin əsas mənbələrindən biri hesab edilir. Onun qəbulu diabet riskini azaldır. Mərəçöyüdün tərkibində xüsusən hamiləlik dövründə qan hüceyrələrinin əmələ gəlməsində mühüm rol oynayan fol turşusu var ki, bu da dölün inkişafı üçün çox vacibdir.
Təbabətdə vərəm, böyrək, şəkər və ürək-damar xəstəliklərində müxtəlif reseptlər əsasında bitkidən müalicəvi dərmanlar hazırlanaraq qəbul edilir. Sidikqovucu təsir göstərir, toxumunun balla qarışığı sonsuzluğa qarşı ən yaxşı vasitələrdən biri hesab olunur. Alkoqollu içkilərin qaraciyərə zərərini azaltmaq xüsusiyyətinə malikdir.

Sağlam ol
Bu meyvə qripdən qoruyur

Bu meyvə qripdən qoruyur...

Sağlam ol
Narın bilmədiyimiz faydaları

Narın bilmədiyimiz faydaları...

Sağlam ol
Hansı içkilər infarkta səbəb olur? –Həkimlər AÇIQLADI

Hansı içkilər infarkta səbəb olur?...

Sağlam ol
Koronavirusun mutasiyaya uğradığı araşdırıldı: QORXULU NƏTİCƏ

Koronavirusun mutasiyaya uğradığı...

Sağlam ol
İsti havada soyuq su içmək təhlükəlidir - Bu xəstəliklərə səbəb olur

İsti havada soyuq su içmək...

Sağlam ol
Uzun yuxu həyat üçün təhlükəlidir – TƏDQİQAT

Uzun yuxu həyat üçün təhlükəlidir –...

Комментарии (0)