09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

Allergiyanın bilinməyən qeyri-səciyyəvi simptomları

Allergiyanın bilinməyən qeyri-səciyyəvi simptomları
Baharın gəlişi və müxtəlif bitkilərin aktiv çiçəkləmə dövrünün başlanması ilə allergiyadan əziyyət çəkən insanların çətin günləri başlayır. Allergiyanı adətən burun axması və asqırma, dəri və selikli qişalarda qaşınma ilə ayırd etmək mümkündür. Lakin allergiya daha az səciyyəvi simptomlarla da özünü göstərə bilər. Bu barədə allerqoloq-immunoloq Yekaterina Çernışova bildirib.
Mütəxəssisin sözlərinə görə, allergik xəstələrdə həmçinin qida pozğunluqları, virus infeksiyaları və hətta psixi xarakterli xəstəliklər belə müşahidə oluna bilər.
"Belə ki, uzun sürən allergik xəstəlik depressiya və nevrozla da nəticələnə bilər", – deyə ekspert bununla bağlı təfərrüatı bölüşüb.
"Qida allergiyası zamanı ürəkbulanma və qusma, qarında ağrılar, qəbizlik və ya ishal, gəyirmə və mədə qıcqırması kimi simptomlar müşahidə oluna bilər.
Allergik konyunktivit isə gözlərdə ağrı, fotofobiya (işığa qarşı həssaslıq) və lakrimasiya (göz yaşı axıntısı) ilə müşayiət oluna bilər.
Allergiyanın qeyri-səciyyəvi simptomları sırasında həmçinin qan təzyiqinin azalması və ya artması, həmçinin bədən istiliyinin artmasını da söyləmək olar", – deyə Çernışova xəbərdarlıq edib.
Sağlam ol
Bu meyvə qripdən qoruyur

Bu meyvə qripdən qoruyur...

Sağlam ol
Narın bilmədiyimiz faydaları

Narın bilmədiyimiz faydaları...

Sağlam ol
Hansı içkilər infarkta səbəb olur? –Həkimlər AÇIQLADI

Hansı içkilər infarkta səbəb olur?...

Sağlam ol
Koronavirusun mutasiyaya uğradığı araşdırıldı: QORXULU NƏTİCƏ

Koronavirusun mutasiyaya uğradığı...

Sağlam ol
İsti havada soyuq su içmək təhlükəlidir - Bu xəstəliklərə səbəb olur

İsti havada soyuq su içmək...

Sağlam ol
Uzun yuxu həyat üçün təhlükəlidir – TƏDQİQAT

Uzun yuxu həyat üçün təhlükəlidir –...

Комментарии (0)