09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

D vitamini çatışmazlığının üç təhlükəli əlaməti

D vitamini çatışmazlığının üç təhlükəli əlaməti
Ultrabənövşəyi şüaların təsiri altında insan orqanizmində özlüyündən yarana bilən D vitamininin bədəndə çatışmazlığı bir sıra ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Bu problemlərə işarət edən üç əsas əlamət var ki, bunlar aşağıdakılardır:
Yorğunluq
Amerikalı həkimlərin araşdırmaları nəticəsində məlum olub ki, D vitamini çatışmazlığı insanın aktivlik səviyyəsini aşağı salmaqla yanaşı yorğunluğun yaranmasına da səbəb olur. Təcrübədə vitamin D çatışmazlığı olan insanlar iştirak edib. Könüllülərin təxminən 77%-i özlərini yorğun hiss etdiklərini və yüksək dozada D vitamini ilə müalicədən sonra vəziyyətlərinin əhəmiyyətli dərəcədə yaxşılaşdığını bildirib.
Sümük ağrısı və ya əzələ zəifliyi
D vitamini kalsiumun tam udulmasını təmin etməklə skelet sisteminin sağlamlığını təmin edir. Bu səbəbdən də bu vitaminin çatışmazlığı halında insanın sümük ağrısı və əzələ zəifliyi kimi narahatlıqları yarana bilər.
Depressiya
Bununla bağlı bir araşdırmanın nəticələri göstərib ki, D vitamini çatışmazlığı depressiya və digər psixi pozğunluqların inkişafına təkan verə bilər. Bu maddə beynin normal fəaliyyətini dəstəkləyir və "xoşbəxtlik hormonları" (dopamin, adrenalin və noradreanlins) istehsalı üçün zəruri olan fermentin tənzimlənməsində iştirak edir.(oxu.az)
Sağlam ol
Bu meyvə qripdən qoruyur

Bu meyvə qripdən qoruyur...

Sağlam ol
Narın bilmədiyimiz faydaları

Narın bilmədiyimiz faydaları...

Sağlam ol
Hansı içkilər infarkta səbəb olur? –Həkimlər AÇIQLADI

Hansı içkilər infarkta səbəb olur?...

Sağlam ol
Koronavirusun mutasiyaya uğradığı araşdırıldı: QORXULU NƏTİCƏ

Koronavirusun mutasiyaya uğradığı...

Sağlam ol
İsti havada soyuq su içmək təhlükəlidir - Bu xəstəliklərə səbəb olur

İsti havada soyuq su içmək...

Sağlam ol
Uzun yuxu həyat üçün təhlükəlidir – TƏDQİQAT

Uzun yuxu həyat üçün təhlükəlidir –...

Комментарии (0)