09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

Meymunçiçəyi xəstəliyinin kosmetik fəsadları açıqlandı

Meymunçiçəyi xəstəliyinin kosmetik fəsadları açıqlandı
Meymunçiçəyi xəstəliyinə tutulmuş şəxsin dərisində izlər qala bilər.
Bu barədə Rusiyanın Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Mərkəzinin professoru, virusoloq Anatoli Altşteyn xəbərdarlıq edib.
Onun sözlərinə görə, bununla belə, meymunçiçəyinin insanı eybəcərləşdirə biləcəyini demək olmaz.
"Xəstəlik fərdi hallarda kiçik çapıqlar verə bilər, amma bu, mütləq deyil. Bunun ehtimalı o qədər də böyük deyil. Nəticələri çiçək xəstəliyindəki qədər güclü deyil. Bir qayda olaraq, orqanizmdə başqa heç bir dəyişiklik baş vermir - insan tam sağalır", - deyə Altşteyn izah edib.
Qeyd edək ki, meymunçiçəyi insanlar arasında da ötürülən nadir virus infeksiyasıdır. Adətən yüngül keçirilir və insanların çoxu bir neçə həftə ərzində sağalır, lakin bəzilərində ağırlaşmalar da baş verə bilər. Meymunçiçəyinin ilkin simptomlarına qızdırma, baş ağrısı, əzələ ağrıları, bel ağrısı, limfa düyünlərinin şişməsi, titrəmə və tükənmə daxildir. Çox vaxt üzdə başlayan və sonra bədənin digər hissələrinə yayılan səpkilər olur. Səpkilər dəyişir və müxtəlif mərhələlərdən sonra nəhayət qaysağa çevrilir və qopub düşür.
Ekspertlər meymunçiçəyinə tutulmamaq üçün başqaları ilə təmasdan çəkinməyi və partnyordan infeksiyalar üçün yoxlanışdan keçməyi istəməyi tövsiyə edirlər.(oxu.az)
Sağlam ol
Bu meyvə qripdən qoruyur

Bu meyvə qripdən qoruyur...

Sağlam ol
Narın bilmədiyimiz faydaları

Narın bilmədiyimiz faydaları...

Sağlam ol
Hansı içkilər infarkta səbəb olur? –Həkimlər AÇIQLADI

Hansı içkilər infarkta səbəb olur?...

Sağlam ol
Koronavirusun mutasiyaya uğradığı araşdırıldı: QORXULU NƏTİCƏ

Koronavirusun mutasiyaya uğradığı...

Sağlam ol
İsti havada soyuq su içmək təhlükəlidir - Bu xəstəliklərə səbəb olur

İsti havada soyuq su içmək...

Sağlam ol
Uzun yuxu həyat üçün təhlükəlidir – TƏDQİQAT

Uzun yuxu həyat üçün təhlükəlidir –...

Комментарии (0)