11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Bu insanlara qətiyyən dondurma yemək olmaz – Mütəxəssis DANIŞIR

Bu insanlara qətiyyən dondurma yemək olmaz – Mütəxəssis DANIŞIR
Dondurma yay aylarında bir çoxları üçün əvəzolunmaz desertlərdən biridir. Hər kəs tərəfindən sevilən dondurmanın dünya üzərində çoxlu növləri var. Növlərə görə təkcə ləzzəti deyil, onun qida dəyərləri də dəyişir.
Tarixinə baxıldıqda dondurma ilk dondurulmuş meyvə olaraq bilinir. Sonralar get-gedə qida əlavələri qatılaraq tərkibi dəyişən dondurma indi də ölkələrə özəl reseptlərinə görə növlərə ayrılır. Ortalama olaraq onların tərkibi süd və ya süd tozu, şəkər, qaymaq, yağ və ya yağ tozu, dadlandırıcılar, bəzən meyvə və sahlebdən ibarət olur.
Bəs, hər kəs rahatlıqla dondurma yeyə bilərmi?
Məsələ ilə bağlı Lent.az-a dietoloq Reyhan Cabbarlı açıqlama verib.
Onun sözlərinə görə, hər bir insan istədiyi zaman dondurma yeyə bilməz.
"İnək südünə allergiyası olanlar, şəkər tərkibinə görə diabet xəstələri, qlutein həssaslığı olanlar dondurma seçərkən diqqətli olmalıdır və düzgün porsiyalarda yeməlidir".
Son zamanlarda şokolad örtüklü dondurmalar çox artıb. Bu da kalori, şəkər və doymuş yağ tərkibinin artmasına səbəbdir. Bəs, özəl xəstəliyi olanlar hansı dondurmalardan qəbul etsə yaxşıdır?
"Əsas olaraq diabet xəstələri vaflisiz, şokoladsız dondurma seçimləri etməlidir. Qida tərkibi olaraq yağlılığı və şəkəri az dondurmalara üstünlük verilməlidir. Günün birinci yarısında qəbulu və daha sonra bir az aktivlik qan şəkərinin ani yüksəlməsinin qarşısını alacaq",- deyə Cabbarlı bildirib.
Dietoloq, həmçinin özəl allergiyası olan insanların da dondurmanın tərkibini araşdırmadan yeməməli olduğunu da xüsusi vurğulayıb.
Reyhan Cabbarlı onu da bildirib ki, dondurmanın hazırlanmasında əsas vacib nüanslardan biri də gigiyenik qaydalardır:
"Qida tərkibi qədər önəmli olan məsələlərdən biri də dondurmanın hazırlanması zamanı gigiyenik qaydalara riayət edilməsidir. Çünki qidaların düzgün pastorilizasiya edilməməsi mikroorqanizmlərin artması və fərqli infeksiyaların yaranmasına səbəb olur. Buna görə açıq dondurmalardan çox qapalı dondurmalara üstünlük verilməsi məsləhətlidir. Bunu da əlavə edim ki, son zamanlarda funksional tibbin inkişafı ilə qidalarımız funksional qidalarla yer dəyişdirir.
Araşdırmalar zamanı süd əvəzi kefir, aroma vericilər əvəzi meyvələr, probiotik və prebiotiklər dondurmaların tərkibinə qatılır. Bu dondurmaların daha sağlıqlı qida dəyərinə sahib olması və bağırsaq florasını da dəstəkləməsi funksional dondurmalara olan tələbatın get-gedə artacağını göstərir".
Sağlam ol
Körpədə bişməcə..

Körpədə bişməcə.....

Sağlam ol
Kişiləri tez qocaldan nədir?

Kişiləri tez qocaldan nədir?...

Sağlam ol
Üzü cavan saxlamağın ucuz və təhlükəsiz yolu

Üzü cavan saxlamağın ucuz və...

Sağlam ol
Hər gün içdiyimiz çay bu 7 XƏSTƏLİYƏ ÇARƏDİR

Hər gün içdiyimiz çay bu 7...

Sağlam ol
Uşaq pudrasının inanılmaz faydaları – MÜKƏMMƏL RESEPTLƏR

Uşaq pudrasının inanılmaz faydaları...

Sağlam ol
Kofe və çayın TƏHLÜKƏLİ TƏRƏFLƏRİ

Kofe və çayın TƏHLÜKƏLİ TƏRƏFLƏRİ...

Комментарии (0)