11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Psixoterapiya dünyada bahalı müalicə sayılır - AÇIQLAMA

Psixoterapiya dünyada bahalı müalicə sayılır - AÇIQLAMA
Həyat şərtləri ağırlaşdıqca psixoloqlara müraciətlər də artır. Paytaxtda az qala hər iki addımdan bir psixoloji mərkəzə rast gəlinir. Seans qiymətləri isə 80-100, 100-150 manat arası dəyişir. Etiraf edək ki, qiymətlər hər kəsin cibinə uyğun deyil. Bəs müalicələr necə, effektlidirmi?
Bu günlərdə "Azərbaycanın ən bahalı psixoloqları" siyahısı dərc olunub. Bu isə hazırda psixoterapevt kimi tanınan şəxslər arasında narazılığa səbəb olub.
Siyahıda adı keçən həkim-psixoterapevt Elmir Əkbər "BiG.AZ"a açıqlamasında "hər yoldan ötənin" psixoloq kimi təqdim edilməsi ilə razı olmadığını, ölkədə psixoloq xidmətlərinin hazırkı durumunun biabırçı olduğunu etiraf edib. E.Əkbər bildirib ki, "Həkim-psixoterapevt kimi fəaliyyət göstərilməsinə Səhiyyə Nazirliyi rəsmi icazə verməli, bu şəxslərin xüsusi vəsiqələri olmalıdır. Amma bazarda kartof satıb, ya başqa işlərlə məşğul olub, sonra əldəqayırma psixoloq kimi özünü təqdim edənlər var. Nəyə görə fəlsəfəni, pedaqoji universiteti bitirən özünü psixoloq adlandırır? Onlar peqaqoji psixoloq ola, məktəblərdə, bağçalarda işləyə bilər, amma seans keçə, diaqnoz qoya bilməzlər. Hərə bir kursda sertifikat, saxta yollarla diplom alıb özünü klinik psixoloq kimi təqdim edir. Klinik psixoloq olmaq üçün həm tibbi bitirməlisən, həm də ya burda, ya xaricdə məhz bu sahə üzrə ali təhsil almalısan. Azərbaycanda psixologiya üzrə vəziyyət biabırçıdır. Bu sahəyə aidiyyəti olmayan insanlar özlərinə qiymət qoyub, kabinet, mərkəz açıb. "
Elmir Əkbər ümumiyyətlə, psixi bir pozuntusu, problemi olan şəxsin ilkin olaraq psixoloq tərəfindən qəbul olunması və müalicə vədi verilməsinin səhv olduğunu bildirdi.
Onun sözlərinə görə, diaqnozu psixiatr və həkim-psixoterapevt qoya bilər. Ondan sonra psixoloqa, amma yalnız və yalnız klnik psixoloqa yönləndirilə bilər
Sağlam ol
Körpədə bişməcə..

Körpədə bişməcə.....

Sağlam ol
Kişiləri tez qocaldan nədir?

Kişiləri tez qocaldan nədir?...

Sağlam ol
Üzü cavan saxlamağın ucuz və təhlükəsiz yolu

Üzü cavan saxlamağın ucuz və...

Sağlam ol
Hər gün içdiyimiz çay bu 7 XƏSTƏLİYƏ ÇARƏDİR

Hər gün içdiyimiz çay bu 7...

Sağlam ol
Uşaq pudrasının inanılmaz faydaları – MÜKƏMMƏL RESEPTLƏR

Uşaq pudrasının inanılmaz faydaları...

Sağlam ol
Kofe və çayın TƏHLÜKƏLİ TƏRƏFLƏRİ

Kofe və çayın TƏHLÜKƏLİ TƏRƏFLƏRİ...

Комментарии (0)