11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Dodaq uçuqlamasından kor olmağa gedən yol - Mütəxəssis xəbərdarlıq etdi

Dodaq uçuqlamasından kor olmağa gedən yol - Mütəxəssis xəbərdarlıq etdi
Herpes viruslarına yoluxmaq asandır - xəstə insanla eyni fincandan içmək, onu öpmək, öskürən, ya asqıran yoluxmuş insanın yanında olmaq kifayətdir.


Bu barədə rusiyalı dermatoveneroloq Aleksandra Fileva xəbərdarlıq edib.


Onun sözlərinə görə bir qayda olaraq 1-ci tip herpes dodaqlarda (el dilində "dodaq uçuqlaması"), 2-ci tip herpes cinsi orqanlarda səpgilər şəklində görünür, lakin genital herpes 1-ci tip herpesdən də yarana bilər.


"Herpes virusu suçiçəyi, sitomeqalovirus infeksiyası, yoluxucu mononükleoz kimi xəstəliklərə də səbəb ola bilər", - deyə mütəxəssis əlavə edib.


Həkim bildirib ki, bu virusların ümumi bir xüsusiyyəti var - infeksiyadan sonra onlar bədəndə əbədi olaraq qalır və istənilən fürsətdə, məsələn, hipotermiya, hiperinsolasiya, tez-tez soyuqdəymə və immun müdafiənin azalması, xroniki yorğunluq sindromu zamanı yenidən aktivləşirlər.


Filevanın sözlərinə görə, sadə herpes virus infeksiyası yüngül keçir, dodaqlarda qabarcıqlar, qaşınma və səpgilərin göründüyü bölgədə arabir sancmalarla müşayiət olunur.
"3-cü tip virus oyanarsa, insanda kəmərləyici dəmrov (herpes zoster) inkişaf edəcək, bu zaman bədənin bir tərəfində çox ağrılı səpgilər yaranır. Bu, xoşagəlməzdir, lakin adətən təhlükəli deyil - heç bir fəsad olmadan sağalırsan. Ancaq bəzən fəsadlar da olur, səpgilər getsə də, ağrı qalır. Kəmərləyici dəmrov uşaqlarda və ya böyüklərdə suçiçəyi törədə bilər", - deyə mütəxəssis xəbərdarlıq edib.


Həkim bildirib ki, herpes virus infeksiyalarının əsas təhlükəsi, onların sinir liflərinə təsir göstərə bilməsi və məsələn, görmə, eşitmə ilə bağlı problemlərə, üz əzələlərinin parezinə səbəb ola bilməsidir.


"Xəstəliyin ağır formaları, hətta meningoensefalitə gətirib çıxara bilər, lakin bu, nadir hallarda və adətən yalnız risk qrupuna daxil olan insanlarda - balaca uşaqlarda, qocalarda və immun sistemi zəifləmiş xəstələrdə, məsələn, xərçəng xəstələrində baş verir", - deyə Fileva bildirib.(oxu.az)
Sağlam ol
Körpədə bişməcə..

Körpədə bişməcə.....

Sağlam ol
Kişiləri tez qocaldan nədir?

Kişiləri tez qocaldan nədir?...

Sağlam ol
Üzü cavan saxlamağın ucuz və təhlükəsiz yolu

Üzü cavan saxlamağın ucuz və...

Sağlam ol
Hər gün içdiyimiz çay bu 7 XƏSTƏLİYƏ ÇARƏDİR

Hər gün içdiyimiz çay bu 7...

Sağlam ol
Uşaq pudrasının inanılmaz faydaları – MÜKƏMMƏL RESEPTLƏR

Uşaq pudrasının inanılmaz faydaları...

Sağlam ol
Kofe və çayın TƏHLÜKƏLİ TƏRƏFLƏRİ

Kofe və çayın TƏHLÜKƏLİ TƏRƏFLƏRİ...

Комментарии (0)