11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Güclü stresin bilmədiyimiz əlamətləri

Güclü stresin bilmədiyimiz əlamətləri
"Güclü sarsıntı keçirdikdə, bədəndə həddindən artıq stres hormonları ifraz edildiyi üçün orqanizm yardım siqnalı göndərir".


Bunu rusiyalı bevroloq Yekaterina Demyanovskaya deyib.


Stres zamanı insanın nəbzi artır, qan təzyiqi yüksəlir və hamar əzələ spazmları meydana gəlir. Həmçinin, əsəbiləşən zaman şiddətli qarın ağrısı da baş verə bilər.


Kortizol, adrenalin və digər stres hormonlarının ifrazının artması səbəbindən qaşınma, səpgilər, qabıqlanma və ya sızanaq meydana gələ bilər.


"Stres zamanı həzm orqanlarının qanla təchiz olması və peristaltikası azalır. Bu səbəbdən mədə seliyinin ifrazatı pozulur", - deyə Demyanovskaya bildirib.
Nevroloqun sözlərinə görə, xroniki stres keçirən insanlarda bağırsaq mikroflorasında disbalans yaranır.


O, güclü stresin gizli əlamətlərindən birinin də öskürək olduğunu qeyd edib.


"Mədə-bağırsaq traktının işinin pozulması ilə əlaqəli stresin başqa bir əlaməti boğaz ağrısı və ya boğazda düyün qalma hissidir, bu da öskürəyə səbəb olur. Bu vəziyyət qırtlağın əzələlərinin qeyri-ixtiyari yığılması, tüpürcək ifrazının azalması səbəbindən udlaqda quruluq və burun nəfəsinin pozulması nəticəsində yaranır", - deyə həkim sözlərini yekunlaşdırıb./Oxu.az
Sağlam ol
Körpədə bişməcə..

Körpədə bişməcə.....

Sağlam ol
Kişiləri tez qocaldan nədir?

Kişiləri tez qocaldan nədir?...

Sağlam ol
Üzü cavan saxlamağın ucuz və təhlükəsiz yolu

Üzü cavan saxlamağın ucuz və...

Sağlam ol
Hər gün içdiyimiz çay bu 7 XƏSTƏLİYƏ ÇARƏDİR

Hər gün içdiyimiz çay bu 7...

Sağlam ol
Uşaq pudrasının inanılmaz faydaları – MÜKƏMMƏL RESEPTLƏR

Uşaq pudrasının inanılmaz faydaları...

Sağlam ol
Kofe və çayın TƏHLÜKƏLİ TƏRƏFLƏRİ

Kofe və çayın TƏHLÜKƏLİ TƏRƏFLƏRİ...

Комментарии (0)