09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

Qarpızın müalicəvi və xeyirli xüsusiyyətləri...

Qarpızın müalicəvi və xeyirli xüsusiyyətləri...
Qarpızın müalicəvi və xeyirli xüsusiyyətləri...


Hər birimizin çox sevdiyi bu yay məhsulu, PP, C, D, B1, B2, B6 vitaminləri, dəmir, mis, sink, kaliy, fosfor kalsiy duzları və fol turşusu ilə çox zəngindir.

Tərkibində olan bütün vitamin və mikroelement bazası, qaraciyərdə mübadilə prosesini stimullaşdırır, ödün tərkibini yaxşılaşdırır, öd kisəsi və kanalda daşların əmələ gəlməsinin qarşısını alır. Məhz bu səbəbdən qarpız, xroniki hepatit və xolesistit zamanı istifadə olunur.

Tərkibində olan dəmir duzlarının miqadarına görə yalnız ispanaq və kahı yarpaqlarından geri qalır. Fol turşusunu miqdarına görə isə birinici yeri tutur. Fol turşusu isə - qan istehsalı üçün və orqanizmdə baş verən müxtəlif biokimyəvi reaksiyalar üçün çox lazımlıdır. Buna görə qan azlığı və dəmir defisitli anemiya zamanı qarpız tövsiyə olunur.

Bundan əlavə qarpız- güclü sidkqovucu vasitədir. Buna səbəb kaliy duzlarıdır ki, onlar qarpızın tərkibində banan və portağaldan daha çoxdur. Bu həmçinin böyrəkdən, sidik kisəsi və sidik axarından daşların çıxarılması və parçalanmasına və həmçinin sistitin müalicəsində kömək edir.

Bu meyvənin ətində olan selülloz,zəhərlənmə prosesində bağırsaqlarda yaranan toksinləri özünə hopduraraq, bağırsaq mikroflorasını yaxşılaşdırır.

Tərkibində olan likopin - isə xərçəng hüceyrələrinin müxtəlif növləri ilə mübarizə aparır. Bunlara: qida borusu xərçəngi, prostat, mədə, süd vəziləri, mədəaltı vəz vəs.

Qarpızın tumları həmçini çox xeyirli sayılır. Belə ki, tərkibndə 20-25% yağ olur.Məhz onlardan qarpız yağı hazırlanır. Müalicəvi xüsusiyyətinə görə badam yağından geri qalmır, dadı görə isə zeytun yağına çox bənzəyir.

Bu meyvənin qabığı da xeyirli hesab olunur. Onun tərkbi vitamin və müxtəlif amin turşuları iə zəngindir.

Qarpızdan həmçinin pektin əldə olunur. Pektin isə orqanizmdən toksik maddələrin, duzların və ağır metalların çixarılmasında istifadə olunur. BUna görə də, qarpız, cərrahi əməliyyatlardan sonra xəstələrə məsləhət görülür. Xüsusilə narkoz altında keçirilən əməliyyatlarda.

Qarpızın tumları həmçinin qurdqovucu təsirə malikdirlər. Müxtəlif parazitlərin müalicəsi və profilaktikasında geniş istifadə olunur.

Yalnız meteorizmdən əziyyət çəkənlər və şəkər xəstələri üçün qarpız məsləhət görülmür.

Sonda isə unutmayın, hər bir meyvəni yalnız öz mövsümündə yedikdə sadaladığımız xeyirli xüsusiyyətlərindən yararlanmaq mümkündür.
Sağlam ol
"Ürək transplantasiyasına mane olan yeganə səbəb..."

"Ürək transplantasiyasına mane olan...

Sağlam ol
Öskürək və bronxit zamanı EFFEKTLİ VASİTƏ

Öskürək və bronxit zamanı EFFEKTLİ...

Sağlam ol
Orqanizmə faydaları olan qeyri-adi 3 çay

Orqanizmə faydaları olan qeyri-adi...

Sağlam ol
Gündə bir siqaret bu dəhşətli xəstəliyi yaradır - Diqqətli olun!

Gündə bir siqaret bu dəhşətli...

Sağlam ol
Böyrəklər üçün zərərli qidalar - SİYAHI

Böyrəklər üçün zərərli qidalar -...

Sağlam ol
Uşaq pudrasının inanılmaz faydaları – MÜKƏMMƏL RESEPTLƏR

Uşaq pudrasının inanılmaz faydaları...

Комментарии (0)