09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

Qulaq kiri. Yaranma səbəbləri və təmizlənmə üsulları

Qulaq kiri. Yaranma səbəbləri və təmizlənmə üsulları
Qulaq kiri. Yaranma səbəbləri və təmizlənmə üsulları


Eşitmə getdikcə zəifləyirsə, qulaqlarda uğultu, doluluq hissi yaranırsa, yanaşı olaraq baş gicəllənməsi, hətta baş ağrıları da olursa, bunun səbəbi qulaq kiri tıxacı ola bilər.

Tıxacın təmizlənməsi eşitmənin bərpası ilə bərabər digər əlamətlərin də aradan qalxmasına səbəb olur.

Qulaq kiri qulaq keçəcəyinin dərisindəki vəzlər tərəfindən ifraz olunan maddədir. Onun tərkibi bir qayda olaraq kükürd, toz hissəcikləri, ölmüş epitel hüceyrələri və dəri yağından təşkil olunur.

Qulaq kiri eşitmə orqanının normal fəaliyyəti üçün olduqca vacibdir, qulağın daxilinə bakteriya, virus, göbələk kimi mikroorqanizmlərin daxil olmasına əngəl olur, həmçinin ölmüş epitel hüceyrələrini xaric edir. Normal halda qulaq kirinin artığı toplanmış toz və çirk hissəciklərilə birlikdə çeynəmə və udma hərəkətləri hesabına təbii şəkildə qulaqdan xaric olur. Patoloji hallarda qulaq kiri bərkiyir və xarici qulaq keçəcəyində tıxac yaradır.

Tıxacın yaranma səbəbləri:

- Vəzlərin fəaliyyəti və kir ifrazının artması;

- Qulaq keçəcəyinin anatomik olaraq dar olması və ya qıvrımlığı;

- Qulaq keçəcəyi dərisinin qulaq çöpləri, eşitmə aparatı və ya qulaqcıqla zədələnməsi;

- Otit və sinusit kimi keçirilmiş xəstəliklər;

- Mütəmadi olaraq tozlu şəraitdə fəaliyyət;

- Qulaq təmizləyərkən kirin təbil pərdəsinə doğru itələnməsi

Qulaq tıxacının təmizlənməsi üçün LOR həkimə müraciət edilməlidir. Təbil pərdənin tamlığı pozulmayanda, xəstə qulağında tıxacın varlığına əmin olanda, otit və ya başqa iltihabi xəstəlik keçirməyəndə və şəkərli diabeti olmayanda onu ev şəraitində də təmizləmək mümkündür.

Qulaq kirini təmizləmək üsulları

- Əvvəlcə qulaqdakı tıxacı yumşaltmaq lazımdır. Axşam yatmazdan qabaq qulaq keçəcəyinə dolana qədər ilıq qliserin və ya bitki yağı tökülür və pambıqla bağlanır. Səhərədək tıxac tam yumşalır, pambıq çıxarılır və qulaq keçəcəyinə 20 ml-lik şprislə hidrogen-peroksid (perekis) vurulur. İynə şprisə taxılmamalıdır. Məhlulla birlikdə tıxacın hissəcikləri də xaric olunur. Tıxac tam xaric olmadıqda iki gündən sonra prosedur təkrarlana bilər. Əks halda həkimə üz tutmaq olar.

- Qulaq kirini yumşaltmaq üçün ilıq sarımsaq yağı istifadə oluna bilər. Onu hazırlamaq üçün 1 xörək qaşığı Fitooil Küncüt yağına xırda doğranmış və ya həvəngdəstədə əzilmiş yarım diş sarımsaq əlavə olunur, vam ocaqda sarımsaq hissəcikləri qızarana qədər qızdırılır. Yağ süzüldükdən sonra gündə üç dəfə 3-4 damcı qulağa damızdırılır.

Diqqət! Qulaq tıxacını qətiyyən saç sancağı, kibrit çöpü və ya başqa əşyalarla çıxarmaq olmaz! Onlar təbil pərdəsini və qulaq keçəcəyinin dərisini zədələyə bilər.

Maraqlı bilgilər

Göy balinalarda qulaq kiri həyat hadisələrini “qeydə alır”. Həmin proses bir qədər ağac gövdəsindəki illik halqalara bənzəyir. Balinaların qulaq kiri qidalanma, ətraf mühitin çirklənmə dərəcəsi və hormonal dəyişikliklər barədə məlumat verir.

Mənbə: Herba Flora jurnalı
Sağlam ol
Koronavirusa yoluxanların sayı 800 min nəfəri keçdi - STATİSTİKA

Koronavirusa yoluxanların sayı 800...

Sağlam ol
Uşaqlarda boy qısalığı bir sıra xəstəliklərin göstəricisi ola bilər

Uşaqlarda boy qısalığı bir sıra...

Sağlam ol
Koronavirusa yoluxanlara nəzarət etmək üçün xüsusi proqram hazırlandı

Koronavirusa yoluxanlara nəzarət...

Sağlam ol
Boğaz ağrısının təbii yollarla müalicəsi

Boğaz ağrısının təbii yollarla...

Sağlam ol
Qulağınız cingildəyir? - SƏBƏBLƏR

Qulağınız cingildəyir? - SƏBƏBLƏR...

Sağlam ol
Ukraynada koronavirusa yoluxma üzrə rekord qeydə alınıb

Ukraynada koronavirusa yoluxma üzrə...

Комментарии (0)