09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

Gəncləri də cənginə alan başgicəllənmə - 7 SƏBƏB

Gəncləri də cənginə alan başgicəllənmə - 7 SƏBƏB
Gəncləri də cənginə alan başgicəllənmə - 7 SƏBƏB


Başgicəllənmə ətrafdakıların yerində durmaması, fırlanması hissidir. İnsana elə gəlir ki, ya gözləri fırlanır, ya gördüyü hər şey, az qalır müvazinətini itirsin.

Bu sindromun yaranmasının çox səbəbləri var. Ona xarici, daxili, obyektiv, subyektiv təsirlər yarada bilər.

MAY.AZ medicina-ya istinadən xəbər verir ki, indi gəncləri də narahat edən baş hərlənməsinin ən əsas səbəblərini araşdırılıb.

- Dəniz xəstəliyi

Yırğalanma hərəkətləri zamanı başgicəllənmə çox adamda var. Təyyarə, gəmi, qayıq, avtomobil və s. Hərəkət dayanan kimi başhərlənmə də kəsir. Daha çox hamilələrdə, həssas insanlarda, bir sıra dərmanları qəbul edənlərdə bu xəstəlik özünü göstərir. Belə başgicəllənmə zamanı ürəkbulanma, qusma olur, bu da orqanizmin susuzlaşmasına gətirib çıxarır.

Yol uzundursa, bu insan üçün təhlükəli ola bilər. Ona görə bu adamlar leə dərmanlar, vasitələr götürməlidirlər ki, yolda susuzlaşmaya imkan verilməsin.

- Miqren

Güclü baş ağrısının bu növündə 30% pasiyentlər başgicəllənmə və ürəkbulanma keçirir. Auralı miqren növündə tutmaların əvvələrində başgicəllənmə, görmənin azalması, işıqdan qorxma simptomları başlayır. Arterial təzyiq kəskin düşür. Bu da başgicəllənməni artırır və huşun itməsinə kimi səbəb olur.

- Ürək-damar xəstəlikləri

Başhərlənmənin daha bir ciddi səbəbidir. Ürək çatışmazlığı, ateroskleroz, insult, qan dövranı pozulması kimi problemlərdə başgicəllənmə olur və bu siqnaldır. Aritmiya, silkələnmə, öskürək, nəfəs çatışmamazlığı da varsa, deməli, ürək təcili yoxlanmalıdır.

- Qanda dəmir azlığı, anemiya

Dəmir defisitli anemiyada toxumalar qanla yaxşı təchiz olunmur, hipoksiya baş verir və ciddi problemlər başlayır. Xəstə halsız, əzgin olur, başı hərlənir, gözü qaralır, tənəffüsü sürətlənir- bunlar klassik simptomlardır. Mütləq qan analizi verilməlidir.

- Şəkərin düşməsi – hipoqlikemiya

Daha çox ac qaldıqda, hər hansı dərmanın qəbulunda doza aşıldıqda, insilindən sonra şəkər xəstələrində rast gəlinir. Hipoqlikemiyada tarazlıq pozulur, baş gicəllənir, baş ağrısı, ürəkdöyünmə, diqqətin dağınıqlığı, sayıqlama, huşun itməsi xarakterikdir.

- Xroniki stress və uzun müddətli gərginlik

Nevroz, depressiv, narahat, əsəbi insanlarda ürək zəifləyir, toxumalar qidalanmır, immun müdafiə zəifləyir. Stress hormonları damarları sıxır, təzyiqi oynadır, nəticədə başgicəllənmə baş verir. Ailədə, işdə, həyatında çətinliklər səbəbindən stres keçirən insanlarda bu hal tez-tez baş verir. Əlavə olaraq yuxu pozulması, əhvalın düşməsi, ürək ritminin pozulması, qışqırmaq kimi simptomlar da varsa, nevroloji müayinə və müalicə vacibdir.

- Daha ağır problemlər

Başgicəllənmə baş beyin, onurğa beyninin ağır patologiyaları, şişlər zamanı, ağır infeksiyalar zamanı da baş verir. Əgər bədən hərarətinin qalxması, titrəmə, qusma, görmənin ikiləşməsi, azalmayan ağrılar varsa, mütləq həkimə gedilməlidir.

Əgər başgicəllənmə ayda, ildə bir dəfə baş veribsə və ya baş verməsinin səbəbimi bildinizsə, həkimə getməyə ehtiyac yoxdur. Yox əgər ayda bir neçə dəfə və hər gün ya səhər, ya axşam bəlli vaxtlarda və ya hər hansı qəfil hərəkət zamanı baş verirsə, bu xəstəlik siqnalıdır və araşdırılmalıdır.

İlkin olaraq terapevt, nevroloq və kardioloq müayinəsi vacibdir.
Sağlam ol
Koronavirusa yoluxanların sayı 800 min nəfəri keçdi - STATİSTİKA

Koronavirusa yoluxanların sayı 800...

Sağlam ol
Uşaqlarda boy qısalığı bir sıra xəstəliklərin göstəricisi ola bilər

Uşaqlarda boy qısalığı bir sıra...

Sağlam ol
Koronavirusa yoluxanlara nəzarət etmək üçün xüsusi proqram hazırlandı

Koronavirusa yoluxanlara nəzarət...

Sağlam ol
Boğaz ağrısının təbii yollarla müalicəsi

Boğaz ağrısının təbii yollarla...

Sağlam ol
Qulağınız cingildəyir? - SƏBƏBLƏR

Qulağınız cingildəyir? - SƏBƏBLƏR...

Sağlam ol
Ukraynada koronavirusa yoluxma üzrə rekord qeydə alınıb

Ukraynada koronavirusa yoluxma üzrə...

Комментарии (0)