09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

Uşaqlarda ayaq əyrilikləri: Müalicəyə ehtiyac varmı?

Uşaqlarda ayaq əyrilikləri: Müalicəyə ehtiyac varmı?
Bir çox körpə dünyaya gələn zaman ayaqlarında müəyyən qədər əyriliklər olur. Bəzi uşaqlarda bu əyrilik həddən çox hiss olunduğu üçün təbii olaraq valideynləri narahat edir. Bu səbəbdən valideynlər qüsurun aradan qaldırılması üçün problemin üzərinə tez düşərək onu aradan qaldırmağa çalışır. Lakin həkimlər hesab edir ki, uşaqlarda doğulduğu ərəfədən formalaşan hər ayaq əyriliyinin müalicəyə ehtiyacı yoxdur.

BiG.AZ bildirir ki, mövzu ilə bağlı Axar.az-a danışan pediatr Altay Abdullaoğlu bildirib ki, körpə ayaq üstə qaldırıldığı zaman hər iki dizlər və ayaqlar bir-birinə təmas etməlidir:

"Əgər uşaq ayaq üstə durduğu zaman dizlər və baldırlar arasında nəzərə çarpacaq dərəcədə məsafə görünərsə buna O şəkilli ayaq əyriliyi (Genu varum) deyilir. O şəkilli ayaq əyriliyi olan uşaqlara tez-tez rast gəlirik. Artıq çəkili, tez gəzməyə başlayan uşaqlarda daha çox görünür. Çox hallarda O şəkilli ayaq əyriliyi uşaq böyüdükcə (adətən 2-3 yaşlarında) öz-özünə düzəlir. Belə əyriliyin müayicəyə ehtiyacı yoxdur.

Əgər uşaq ayaq üstə durduğu zaman bir-birinə toxunan dizlər və aralı ayaqlar müşahidə edilərsə, buna X şəkilli ayaq əyriliyi (Genu valgum) deyilir. Bu formalı ayaq əyriliyi də 3-6 yaşlarda öz-özünə düzəlir".

Həkim bildirib ki, ayaqdakı bu əyriliklər simmetrikdirsə, (hər 2 ayaqda eyni dərəcədə əyrilik varsa) heç bir müalicə ehtiyac yoxdur və zamanla düzələcək:

"Əgər əyrilik assimmetrikdirsə, əyriliklə yanaşı uşaqda başqa şikayətlər də olarsa, bu zaman başqa araşdırmalara gərək ola bilər. Çox hallarda bu cür ayaq əyriliyi olan körpələrə raxit, kalsium çatışmazlığı adı altında çoxlu sayda dərmanlar təyin edilir. Lakin əksər hallarda bu formalı ayaq əyrilikləri fiziolojidir və heç bir müalicəyə gərək yoxdur. Əgər uşaqda raxit, kalsium çatışmazlığı kimi xəstəliklər düşünülərsə, bu zaman labarator analizlər olunmalı və analizlərin nəticələrinə görə dəyərləndirilmə aparılmalıdır. Nəzərə almaq lazımdır ki, körpəyə lazımsız yerə verilən yüksək dozada D vitamininin, kalsium preparatlarının orqanizmə çoxlu sayda toksik təsirləri var".
Sağlam ol
Koronavirusa yoluxanların sayı 800 min nəfəri keçdi - STATİSTİKA

Koronavirusa yoluxanların sayı 800...

Sağlam ol
Uşaqlarda boy qısalığı bir sıra xəstəliklərin göstəricisi ola bilər

Uşaqlarda boy qısalığı bir sıra...

Sağlam ol
Koronavirusa yoluxanlara nəzarət etmək üçün xüsusi proqram hazırlandı

Koronavirusa yoluxanlara nəzarət...

Sağlam ol
Boğaz ağrısının təbii yollarla müalicəsi

Boğaz ağrısının təbii yollarla...

Sağlam ol
Qulağınız cingildəyir? - SƏBƏBLƏR

Qulağınız cingildəyir? - SƏBƏBLƏR...

Sağlam ol
Ukraynada koronavirusa yoluxma üzrə rekord qeydə alınıb

Ukraynada koronavirusa yoluxma üzrə...

Комментарии (0)