11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///     13:45 Yollarda tıxac zamanı sürücülərin beş təhlükəli səhvi: Ekspertdən XƏBƏRDARLIQ   ///     13:09 Uşaqların 1-ci sinfə qəbulu BAŞA ÇATIR   ///     14:09 Sentyabrın 10-da hava durumu necə olacaq?   ///     10:04 DYP "Formula-1" ilə əlaqədar hərəkət iştirakçılarına müraciət etdi   ///    

“Recep İvedik - 5” ilə bağlı millət vəkilindən etiraz – VİDEO

“Recep İvedik - 5” ilə bağlı millət vəkilindən etiraz – VİDEO
“Recep İvedik - 5” ilə bağlı millət vəkilindən etiraz – VİDEO


Türkiyə-Azərbaycan parlamentlərarası Dostluq qrupunun rəhbəri, Türkiyə Böyük Millət Məclisinin deputatı Necdet Ünüvar “Recep İvedik - 5” filmində yer alan türk və azərbaycanlı boksçuların döyüş səhnəsinə görə narahat olduğunu bildirib.

May.Az AzVision.az-a istinadla xəbər verir ki, “Anadolu” agentliyinə açıqlama verən deputat Şahan Gökbakar və filmin yaradıcı heyətinə həmin səhnənin çıxarılması üçün məktub yazacağını deyib.

“Filmdə bir boks səhnəsi var. Orada dialoq və mübarizə əks olunur. Mən oradakı şişirdilmiş dialoq və səhnələrdən narahatam. Fraqmenti izləyən Azərbaycandakı dostlarım mənimlə əlaqə saxlayaraq narazılıqlarını bildiriblər”, - deyə o bildirib.

Millət vəkili iki ölkə arasında mövcud münasibətlərə toxunaraq bildirib ki, bir film səhnəsi ilə dostluğumuz pozula bilməz:

“Nə üçün hər hansı filmdə bir-birimizi narahat edəcək dialoq, epizod olmalıdır? Məqsədiniz güldürmək ola bilər, bəlkə buna bir-iki nəfər gülə də bilər, amma təəssüf hissi keçirənlərin sayı daha çoxdur.

Azərbaycanlı idmançı çempion olunca, türk tamaşaçılar Azərbaycan bayrağını dalğalandırmaqdan, türk idmançı çempion olanda da azərbaycanlı tamaşaçılar da Türkiyə bayrağını dalğalandırmaqdan sevinc duyarlar. Bizim öyrəşdiyimiz səhnə budur”.

Şou-biznes
Kadir İnanırın son halı

Kadir İnanırın son halı...

Şou-biznes
Azərbaycanlı reperin 18+ klipi yayımlandı (VİDEO)

Azərbaycanlı reperin 18+ klipi...

Şou-biznes
Vüsalədən qızına: "Cənnət qoxulum"

Vüsalədən qızına: "Cənnət qoxulum"...

Şou-biznes
Müğənnilərin yeni toy qiymətləri - 25 min manata oxuyan kimdir?

Müğənnilərin yeni toy qiymətləri -...

Şou-biznes
“Rəzilliyi dünyaya tanıtdırın” – Natavan və Xose danışdı

“Rəzilliyi dünyaya tanıtdırın” –...

Şou-biznes
Hande "Dünyanın ən gözəl müsəlman qadını" seçildi

Hande "Dünyanın ən gözəl müsəlman...

Комментарии (0)