11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

"Şəbnəm, Vəfa və Orxana Heydər Əliyev Sarayında konsertə icazə verilməyib"

"Şəbnəm, Vəfa və Orxana Heydər Əliyev Sarayında konsertə icazə verilməyib"

Müğənnilər Şəbnəm Tovuzlu, Vəfa Şərifova və meyxanaçı Orxan Lökbatanlının Heydər Əliyev Sarayında konsertinə icazə verilməyib.

Axşam.az xəbər verir ki, bunu aparıcı-prodüser Tarix Əliyev "Xəbərin var?" verilişində deyib. O bildirib ki, ifa etdirkləri mahnılara görə, onların sarayın səhnəsinə çıxmasına qadağa qoyulub. Tolik Vəfa Şərifovanın sözügedən məkanda konsert vermək istədiyini, ancaq "yox" cavabı aldığını söyləyib:

"Bir neçə ay bundan əvvəl Vəfa Şərifova Heydər Əliyev Sarayında konsert vermək istəyirdi. Mənə dedi ki, istəyirəm, təşkilatçısı olasan. Sarayın direktoru İlham Qasımov danışdım, dedi ki, burada qadağa deyilən bir şey yoxdur. Amma sarayın əzəməti var. İlham müəllim dedi ki, Vəfanın repertuarında burada səslənəcək neçə mahnı var? Mən dedim ki, bilmirəm. Dedi ki, onda gərək, bütün repertuar dəyişilsin, bura uyğun olsun. Nəinki Vəfaya, ora Şəbnəm Tovuzlu da daxildir. O da istəyib, maraqlanıb, icazə verməyiblər. Bu, janrdakı, kateqoriyadakı müğənnilərin Heydər Əliyev Sarayında konserti mümkün deyil. Bu, pulla tənzimlənmir. Onlar gərək, müəyyən mərhələlərdən keçsinlər, Yaşıl Teatrda konsert versinlər. Bildiyim qədəri ilə Damla və Şəbnəm orada səhnə alıb.

Məsələn, Orxan Lökbatanlı dedi ki, Heydər Əliyev Sarayında konsert vermək istədim, dedilər, repertuarın o deyil. Amma Namiq Qaraçuxurlu, Talıb Tale orada konsert verib. "Maşın şou"dan sonra Talıb Tale orada səhnə alıb. Onda bəzi istisnalar olub. Deyiblər ki, 10 dənə öz mahnını oxu. Öz mahnılarından az oxuyub. Həmin dövrdəki rəhbərlik istisna edib".


Şou-biznes
Türkan Şoraydan Kadir İnanır haqqında ŞOK SÖZLƏR - VİDEO

Türkan Şoraydan Kadir İnanır...

Şou-biznes
Xalq artisti Rəmişdən üzücü xəbər

Xalq artisti Rəmişdən üzücü xəbər...

Şou-biznes
Arif Quliyevin xanımının vəziyyəti ağırdır: "İnsult keçirib, beş gündür, yatmırıq"

Arif Quliyevin xanımının vəziyyəti...

Şou-biznes
Ancelina Coli ərəb şeyxi ilə sevgilidir

Ancelina Coli ərəb şeyxi ilə...

Şou-biznes
Akın Akınözüdən "HƏRCAİ" ETİRAFI

Akın Akınözüdən "HƏRCAİ" ETİRAFI...

Şou-biznes
Elton boşandığı həyat yoldaşı ilə barışdı, xaricə getdi - FOTOLAR

Elton boşandığı həyat yoldaşı ilə...

Комментарии (0)