11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Alsu ərini saxtakarlıqda ittiham edir

Alsu ərini saxtakarlıqda ittiham edir

Rusiyalı müğənni Alsu Bakıda dünyaya gələn yəhudi əsilli həyat yoldaşı Yan Abramova qarşı daha bir iddia ortaya atıb.

Axşam.az xəbər verir ki, ifaçı onu uzun müddətdir davam edən qalmaqalda iştirak etməkdə günahlandırıb. Buna səbəb "Səs Uşaqlar" yarışmasında qızı Mikella üçün səs çoxluğunun pulla alınması olub. Belə ki, Alsu bu işin arxasında onun keçmiş ərinin durduğunu bildirib.

Əvvəllər Alsu özü də bu məsələdə ittiham olunub. 41 yaşlı Alsu onu "ikiüzlü" adlandıran izləyicilərinin birinin səslərin pulla alınması ilə bağlı şərhinə cavab olaraq "Xahiş edirəm, qəzəbinizi və bu mövzuda suallarınızı keçmiş ərimə göndərin" rəyini yazıb.

Alsu məsələ ilə bağlı "Bəli, səsləri aldım. Özümü, imkanlarımı, şöhrətimi çox qiymətləndirdim və bundan istifadə etdim. Bəli, səhv idi. Bu, başqalarına qarşı haqsızlıqdır. Mən ictimaiyyət qarşısında üzr istəmək istəyirəm" sözlərini dilə gətirib.

Qeyd edək ki, "Səs Uşaqlar" şousunda səslərin pulla alınması ilə bağlı qalmaqal 2019-cu ildə baş verib. Mikella şounun altıncı mövsümündə yarışıb və digər iştirakçılar "favorit" hesab edilsə də, o, çoxlarını təəccübləndirərək qalib gəlib. Çoxları səslərin alındığını iddia edib və Mikellanın valideynlərindən şübhələniblər. İnterpolla əməkdaşlıq edən kibertəhlükəsizlik şirkətinin apardığı audit nəticəsində müəyyən edilib ki, həqiqətən də yarışmanın səs verməsində fırıldaqçılıq olub. Bir müddət sonra Alsu qızının qələbəsi üçün pulla səs aldığını etiraf edib. Tamaşaçıların Mikellanın qələbəsinə reaksiyası o qədər şiddətli idi ki, Rusiyanın "Birinci Kanal"ı finalın nəticələrini ləğv etmək və yeni səsvermə təşkil etmək üçün qərar vermək məcburiyyətində qalıb.

Bu qərar çoxlarının da xoşuna gəlməyib, çünki yekunda yenidən Mikella Abramova qalib elan olunub. Ancaq, o, təkrar finalda görünməyib.

Xatırladaq edək ki, Alsunun ərindən boşanması artıq bir neçə həftədir sosial şəbəkələrdə geniş müzakirə olunur. Şayiələrə görə, 18 ildir birlikdə olan cütlüyün ayrılmasına səbəb Timatinin keçmiş sevgilisi, 28 yaşlı Anastasiya Reşetova olub. Onun 46 yaşlı Abramovun məşuqəsi olduğu iddia edilib. Alsu özü də dolayı yolla "O, yalan danışır" şərhini Reşetova haqqında xəbərə şərh yazaraq bunu təsdiqləyib.


Şou-biznes
Bakıya gələn Serenayın erotik videosu yayıldı (VİDEO +18)

Bakıya gələn Serenayın erotik...

Şou-biznes
Selena Castinlə ayrılığından danışıb ağladı

Selena Castinlə ayrılığından...

Şou-biznes
Gülay Zeynallı paylaşımı ilə DİQQƏT ÇƏKDİ - FOTOLAR

Gülay Zeynallı paylaşımı ilə DİQQƏT...

Şou-biznes
Azərbaycanlı müğənniyə lüt şəkillərini göndərən şəxs həbs olundu

Azərbaycanlı müğənniyə lüt...

Şou-biznes
Çiçək: "Türkan Şorayın gəncliyini canlandırmağımı istədilər"

Çiçək: "Türkan Şorayın gəncliyini...

Şou-biznes
Nusret 2 il sonra anası ilə görüşdü, tənqid olundu

Nusret 2 il sonra anası ilə...

Комментарии (0)