11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Flora Kərimovanın iddiasına SƏRT CAVAB: "Dilini kəsmək lazımdır"

Flora Kərimovanın iddiasına SƏRT CAVAB: "Dilini kəsmək lazımdır"
Flora Kərimovanın iddiasına SƏRT CAVAB: "Dilini kəsmək lazımdır"


"Hər ikisi böyük sənətkardır. Flora xanımla 18, Zeynəb xanımla 22 yaşım olanda tanış olmuşam. İkisi də mərd xanımdır, onların arasına girən adamın dilini kəsmək lazımdır. Onun bir adı var: şeytan"

Xalq artisti, tanınmış bəstəkar Oqtay Rəcəbov Flora Kərimovanın Zeynəb Xanlarova haqqında söylədiyi açıqlamaya münasibət bildirərkən belə deyib.

May.Az bildirir ki, publika.az-a açıqlama verən bəstəkar Zeynəb Xanlarovanı böyük sənətkar adlandırıb: "Zeynəb xanım dünya çapında məşhur olan istedadlı sənətkardır. O, qazandığı uğurlara görə Ələkbər Tağıyevə yox, Allaha borcludur. Heç kimin də çörəyini yemir. Alın təriylə qazandığı çörəyi yeyir. Zeynəb bizim milli sərvətimizdir, onu qorumalıyıq, ona daş atmamalıyıq. Zeynəb xanım yüzminlərlə tamaşaçısı olan zalı dolduran bir sənətkar olub. Mən inanmıram Flora xanım onun barəsində belə açıqlama versin".

Qeyd edək ki, F.Kərimova belə deyib: "Zeynəb Xanlarovanın sənəti, səsi varmı ki, oxusun? Sənətdə olmasına görə o, Ələkbər Tağıyevə borcludur". O bildirib ki, SSRİ xalq artistliyinə namizədlər arasında Zeynəb Xanlarovanın yox, başqa adamların adı var idi: "Sadəcə o elə şeylər etdi ki, vəziyyət onun xeyrinə dəyişdi. Ona çörəyi verən verib. Zeynəb Xanlarova hələ də o çörəyi yeyir".

Flora Kərimova deyir ki, illər öncə onu aşağılayıb təhqir etmək istəyənlər arasında Zeynəb Xanlarova da var idi. "Camaatı öyrədib zəng elətdirirdi mənə. Məni təhqir edirdi onun adamları. İlhamə də bu yolu ondan öyrənmişdi".
Şou-biznes
Bakıya gələn Serenayın erotik videosu yayıldı (VİDEO +18)

Bakıya gələn Serenayın erotik...

Şou-biznes
Selena Castinlə ayrılığından danışıb ağladı

Selena Castinlə ayrılığından...

Şou-biznes
Gülay Zeynallı paylaşımı ilə DİQQƏT ÇƏKDİ - FOTOLAR

Gülay Zeynallı paylaşımı ilə DİQQƏT...

Şou-biznes
Azərbaycanlı müğənniyə lüt şəkillərini göndərən şəxs həbs olundu

Azərbaycanlı müğənniyə lüt...

Şou-biznes
Çiçək: "Türkan Şorayın gəncliyini canlandırmağımı istədilər"

Çiçək: "Türkan Şorayın gəncliyini...

Şou-biznes
Nusret 2 il sonra anası ilə görüşdü, tənqid olundu

Nusret 2 il sonra anası ilə...

Комментарии (0)