11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///     13:45 Yollarda tıxac zamanı sürücülərin beş təhlükəli səhvi: Ekspertdən XƏBƏRDARLIQ   ///     13:09 Uşaqların 1-ci sinfə qəbulu BAŞA ÇATIR   ///     14:09 Sentyabrın 10-da hava durumu necə olacaq?   ///     10:04 DYP "Formula-1" ilə əlaqədar hərəkət iştirakçılarına müraciət etdi   ///    

Azərbaycanda yeni xəstəlik təhlükəsi

Azərbaycanda yeni xəstəlik təhlükəsi
Azərbaycanda yeni xəstəlik təhlükəsi


Səhiyyə naziri Oqtay Şirəliyev "Krım-Konqo hemorragik qızdırma xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə” əmr imzalayıb.

Nazirliyin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, əmrdə bildirilib ki, Krım-Konqo hemorragik qızdırma xəstəliyi ilə insan orqanizminin yoluxması gənə dişləməsi, yoluxmuş heyvanların qanı və digər bioloji mayelərlə sıx təmas nəticəsində baş verir. Son zamanlar respublikanın həmsərhəd dövlətlərində Krım-Konqo hemorragik qızdırma xəstəliyi ilə bağlı epidemioloji vəziyyət gərginləşib.

Bununla əlaqədar Səhiyyə Nazirliyinin tibbi idarə və müəssisələrinin rəhbərlərinə, gigiyena və epidemiologiya mərkəzlərinin direktorlarına tapşırılıb ki, Krım-Konqo hemorragik qızdırma xəstəliyi barədə tibb işçilərinin məlumatlılığı artırılsın, şübhəli xəstələr dərhal təcrid olunmaqla, onlar barədə məlumat Respublika Taun Əleyhinə Stansiyasına verilsin, şübhəli xəstələrdən götürülmüş nümunələr oraya çatdırılsın.

Əmrə əsasən, tibb müəssisələrində əksepidemik və dezinfeksiya tədbirləri üzərində nəzarətin gücləndirilməsi tapşırılıb.

Bakı şəhər Baş Səhiyyə İdarəsinin rəisinə Kliniki Tibbi Mərkəzin yoluxucu şöbəsində və 1 nömrəli Uşaq yoluxucu xəstəliklər xəstəxanasında Krım-Konqo hemorragik qızdırma xəstəliyinə şübhəli xəstələrin hospitallaşdırılmasını təmin etmək tapşırılıb.

Əmrdə qeyd olunub ki, Respublika Sanitariya – Karantin Müfəttişliyi sərhəd-keçid məntəqələrində fəaliyyət göstərən gömrük orqanları ilə əlaqə yaradaraq Krım-Konqo hemorragik qızdırma xəstəliyi yayılmış ölkələrdən gələn insanlar üzərində tibbi müşahidələrin təmin edilməsi üçün tədbirlər görsün.

Eyni zamanda, İnnovasiya və Təchizat Mərkəzi tərəfindən Krım-Konqo hemorragik qızdırma xəstəliyinin laborator diaqnostikası, profilaktikası və müalicəsi üçün tələb olunan preparatların ehtiyatı yaradılmalıdır.
Sosial
Bu il Qafqaz Universitetinə tələbə qəbulu olacaq? - Rəsmi açıqlama

Bu il Qafqaz Universitetinə tələbə...

Sosial
Tiktokdan xəbər oxuyanların sayı artdı

Tiktokdan xəbər oxuyanların sayı...

Sosial
Feysbuk messencerin işində problem yarandı

Feysbuk messencerin işində problem...

Sosial
Azərbaycanda dövlət hesabına dərmanla təmin olunan xəstələrin sayı açıqlandı

Azərbaycanda dövlət hesabına...

Sosial
Boşananların sayı artır - Hansı rayonlarda daha çoxdur? - VİDEO

Boşananların sayı artır - Hansı...

Sosial
Azərbaycanda yeni telekanal yaradılır

Azərbaycanda yeni telekanal...

Комментарии (0)