11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Gənclərimiz lazımsız seriallara baxırlar - Deputatdan irad

Gənclərimiz lazımsız seriallara baxırlar - Deputatdan irad
Gənclərimiz lazımsız seriallara baxırlar - Deputatdan irad


Bu gün Azərbaycanda ən ciddi məsələlərdən biri əhali arasında tibbi maarifləndirmənin və ya həm maarifləndirmə, həm də maariflənmənin zəifliyidir.

BiG.AZ Trend-ə istinadən bildirir ki, bunu Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Sağlamlığın Qorunması" İctimai Birliyinin Azərbaycan Dövlət Neft və Sənaye Universitetində "QİÇS-ə birlikdə qalib gələk" adlı tədbirdə çıxış edən Milli Məclisin Səhiyyə komitəsinin üzvü Qənirə Paşayeva deyib.

Onun sözlərinə görə, Azərbaycanda insanlar özləri könüllü şəkildə tibbi maariflənməyə çox meyilli deyillər.

Deputat hesab edir ki, maarifləndirmə işini üzərinə götürən qurumlar da bu istiqamətdə yetərli qədər fəal deyillər. Ona görə də həmin qurumların fəallığının artmasına ehtiyac var.

Q.Paşayeva əlavə edib ki, tibbi maarifləndirmənin zəifliyinin çox ciddi fəsadları var və bunlar nəticə olaraq qarşımıza çıxır: "Bu hallar gənclərimizin də arasında var. Onlar günün bir saatını lazımsız, onun həyatı üçün önəmli olmayan teleseriala baxmağa həsr edirlər. Yaxud hansı müğənni nə dedi, nə geyindi, hansı maşını sürdü - bu kimi verilişlərə 1-1,5 saat zaman ayırırlar. Bunu hətta savadlı, universitet təhsili olan gənclərimiz belə edirlər. Amma onlar gün ərzində yarım saat, həftədə heç olmasa, 1 saat ərzində sağlamlıqla bağlı nə isə oxumur. Buna görə də maarifləndirmə işləri genişləndirilməli, bunu həyata keçirən qurumlar öz fəallıqlarını ciddi şəkildə artırmalıdırlar".
Sosial
Bakıda 5 prokurorluq işçisi vəzifədən azad edilib

Bakıda 5 prokurorluq işçisi...

Sosial
Xarici pasportun itməsinə görə ödəniləcək cərimələrin miqdarı AÇIQLANDI

Xarici pasportun itməsinə görə...

Sosial
Azərbaycan 2014-cü ildən bəri bərpa olunan enerji ehtiyatlarını 567 meqavat artırıb

Azərbaycan 2014-cü ildən bəri bərpa...

Sosial
Naxçıvanda yeni qurum yaradıldı

Naxçıvanda yeni qurum yaradıldı...

Sosial
İrana getmək istəyənlərin nəzərinə - Yeni qaydalar

İrana getmək istəyənlərin nəzərinə...

Sosial
Bu tarixdən reseptlərə dərman adı yazılmayacaq - Çoxdan gözlənilən YENİLİK

Bu tarixdən reseptlərə dərman adı...

Комментарии (0)