11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Meymunçiçəyi haqqında nə bilirik?

Meymunçiçəyi haqqında nə bilirik?

Xəbər verdiyimiz kimi, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymunçiçəyi virusu ilə bağlı fövqəladə vəziyyət elan edib. Məsələ Afrikada ictimai səhiyyə sistemində xəstəliklə bağlı fövqəladə vəziyyətin elan edilməsindən sonra gündəmə gəlib. Hətta Afrika qitəsindən kənarda - İsveçdə meymunçiçəyi virusunun mutasiyasına ilk yoluxma halı da qeydə alınıb.

Bəs meymunçiçəyi virusu ilə bağlı nə bilirik?

"Qafqazinfo" "The Washington Post"un araşdırmasına istinadən xəbər verir ki, virus ilk dəfə insanlarda 50 ildən də uzun bir vaxtda Konqo Demokratik Respublikasında aşkar edilib və onilliklər ərzində orada endemik hesab olunur.

Konqoda yayılan "Clade I" variantının yeni qolu olan "Clade Ib" ölkənin şərq bölgələrində və əvvəllər təsirə məruz qalmayan qonşu ölkələrdə yayılır.

Əvvəlcə onu qeyd etmək lazımdır ki, dünya səhiyyə rəsmiləri, artıq meymunçiçəyi terminindən qeyri-dəqiq hesab olunduğu üçün istifadə etmirlər. Virus hazırda "Mpox" adlandırılır.

"Mpox" zoonoz (Heyvanlardan insanlara və insanlardan heyvanlara keçə bilən, həm insanlarda, həm də heyvanlarda müşahidə edilən yoluxucu xəstəliklər) virusdur və qripə bənzər simptomlara, ağrılı lezyonlarla səpgilərə, bədən hərarətinin artmasına, baş və bel ağrılarına səbəb olur.

Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinə (ECDC) görə, "Mpox"dan ölüm nisbətləri epidemiyalar arasında dəyişir. İİV-ə yoluxmuş və müalicə olunmamış insanlar da daxil olmaqla immun sistemi zəif olan uşaqlar və insanlar şiddətli xəstəlik və simptomlar üçün yüksək risk qrupu sayılırlar.

"Mpox" müalicə edilə bilərmi?

Məlumata görə, "Mpox" virusu xüsusi müalicəyə ehtiyac olmadan öz-özünə yox olur və simptomlar adətən iki ilə dörd həftə davam edir.

"Mpox" üçün peyvənd varmı?

Nəşr yazır ki, "Jynneos" adlanan və bu xəstəliyinin qarşısını almaq üçün hazırlanmış peyvəndin iki dozası insanların əksəriyyətində "Mpox" xəstəliyinin qarşısını alır. Lakin mütəxəssislər bəzi peyvənd edilmiş insanların niyə "Mpox"a yoluxduğunu və infeksiyaya qarşı immunitetin nə qədər davam etdiyini araşdırırlar.

Qeyd olunub ki, insanlar yaxından üz-üzə təmasda olduqda virus tənəffüs vasitəsilə də ötürülə bilər. Bəzi insanlar simptomlar inkişaf etməzdən əvvəl şəxs "Mpox" yoluxdura bilər və risk onların səpgiləri sağalana və yeni bir dəri təbəqəsi yaranana qədər davam edir. Simptomlar adətən 6 ilə 13 gün, bəzən isə 21 gün ərzində özünü büruzə verir.

"İlkin simptomları hiss etdikdən sonra üç gün ərzində səpgi sürətlə yayıla bilər. Əgər səpgi bütün bədənə yayılarsa, bu, əllərin ovuclarına və ayaqların altına da təsir edə bilər", - deyə məlumatda bildirilir.


Cəmiyyət
Bakıda 74 yaşlı kişi sevgilisini süpürgə ilə DÖYDÜ

Bakıda 74 yaşlı kişi sevgilisini...

Cəmiyyət
Borca görə ölkədən çıxışa qadağa qoyula bilərmi?

Borca görə ölkədən çıxışa qadağa...

Cəmiyyət
Metrodakı yoxlama aparatlarının şüaları qidalarımıza zərər verir?

Metrodakı yoxlama aparatlarının...

Cəmiyyət
Bakıda yalnız bir istiqamətdə sıxlıq var

Bakıda yalnız bir istiqamətdə...

Cəmiyyət
Dövlət müstəqilliyinin bərpası və qorunması

Dövlət müstəqilliyinin bərpası və...

Cəmiyyət
Bölgə çimərliklərində qiymət və keyfiyyət hansı səviyyədədir?

Bölgə çimərliklərində qiymət və...

Комментарии (0)