11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

3 mindən çox şəhidin vikipediyadan məlumatları silindi: Səbəb "ensiklopedik dəyəri yoxmuş" - İDDİA

3 mindən çox şəhidin vikipediyadan məlumatları silindi: Səbəb "ensiklopedik dəyəri yoxmuş" - İDDİA

27 sentyabr 2020-ci il... O gün Azərbaycanın tarixində, qəhrəmanlıq salnaməsində yeni səhifə açdı. Bu səhifə Azərbaycan əsgərinin şücaəti, zəfər yürüşü, Ordumuzun Vətən uğrunda savaşı ilə yazıldı.Bu gün isə vətən uğrunda şəhid düşmüş övladlarımız haqqında məlumatlar "Ensklopedik dəyəri yoxdur" deyərək silinir. Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, müqəddəs torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda həlak olmuş şəhidin məlumatlarını silmək nə dərəcədə düzgündür?

Bu torpağa, millətə, bayrağa xəyənət deyil də nədir?

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən hərbi ekspert Emin Həsənli bildirib ki, Azərbaycan dövləti də, cəmiyyəti də şəhidlərimizə hər zaman etiram göstərib:

"Bizim himnimiz də şəhidlərimizə, qazılərimizə yazılıb. Səndən ötrü can verməyə cümlə hazırıq, səndən ötrü qan tökməyə cümlə qadiriz, hüququndan keçən əsgər, sənə qəhrəman oldu deyir himnimiz. Bu sözlər hamısı şəhidlər üçündür. Şəhidlər cümlə can verir, şəhidlər ən böyük hüququ yaşamaq hüququndan keçir.Bu gün cəmiyyətimizdə şəhid və qazi ən böyük statusdur. Həm dinimizdə, Tanrı qatında, həm də dövlətimiz tərəfindən şəhid və qazi ailələrinin rifahı üçün hər cür şərait yaradılır. Şəhid övladları təhsil xərclərindən azad edilir. Şəhidlər Xiyabanı dövlət pratakoluna salınır. Azərbaycanda keçirilən tədbirlərdə ilk olaraq şəhidlərimizin ruhu yad edilir. Bu çox önəmli və çox vacib məsələdir. Hazırda şəhidlərin adlarının əbədiləşdirilməsi ilə bağlı işlər gücləndirilmiş şəkildə davam etdirilir".

Emin Həsənli vurğulayıb ki, Azərbaycanda 300 mindən artıq I və II Qarabağ müharibələrinin şəhidləri, qaziləri var:

"Qeyd edilən hadisə təsdiqini taparsa bu birbaşa xalqımıza, millətimizə, dövlətimizə qarşı olan hörmətsizlik və təhqirdir:

"Bu məsələ ilə bağlı lazım olan bütün tədbirlər görülməlidir və görüləcəkdir də.Düşünürəm ki, bu cür halların qarşısını almaq üçün şəhidlər haqqında məlumat verən, onların adını əbədiləşdirən bir qurum fəaliyyət göstərməlidir. Rayonlarda müharibə iştirakçıları və şəhidlərlə bağlı məlumat verən şöbələr yaradılmalıdır. Məhz onların geniş fəaliyyəti düşmən təxribatı sayılacaq bu cür xəbərlərin qarşısını alacaqdır".

NURAY NƏZƏROVA


Cəmiyyət
İlahiyyat İnstitutunun rektoru: "Aşurada insanlar qan verməklə bir can xilas edirlər"

İlahiyyat İnstitutunun rektoru:...

Cəmiyyət
İşçilərin təhlükəsizliyini təmin etməyən işəgötürənlər: Qurum niyə hərəkətə keçmir?

İşçilərin təhlükəsizliyini təmin...

Cəmiyyət
Fenomen psixoloq: "Özümü Allahın işığı və vasitəçisi kimi görürəm"

Fenomen psixoloq: "Özümü Allahın...

Cəmiyyət
Azərbaycanda qadınların pensiya yaşı DƏYİŞDİ

Azərbaycanda qadınların pensiya...

Cəmiyyət
3 mindən çox şəhidin vikipediyadan məlumatları silindi: Səbəb "ensiklopedik dəyəri yoxmuş" - İDDİA

3 mindən çox şəhidin vikipediyadan...

Cəmiyyət
Milli Qəhrəman Natiq Qasımovun anasına ev verilib - FOTO

Milli Qəhrəman Natiq Qasımovun...

Комментарии (0)