11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Leyla və körpəsini öldürən Fəridə ömürlük həbs tələbi

Leyla və körpəsini öldürən Fəridə ömürlük həbs tələbi

20 yaşlı arvadını və 8 aylıq körpəsini amansızlıqla öldürməkdə ittiham olunan Fərid Hüseynlinin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

"Qafqazinfo"nun məlumatına görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror bəyan edib ki, təqsirləndirilən şəxs törətdiyi cinayətə görə ömrü boyu evinə qayıtmağa layiq deyil. Bu əsasla Fərid qanunun icazə verdiyi ən ağır cəzaya məhkum edilməli, qalan ömrünü həbsxanada keçirməlidir.

Zərərçəkmiş tərəf də ittiham tərəfinin tələbindən razı qalıb.

Müdafiə tərəfinə çıxışa hazırlanması üçün vaxt verilib.

Qeyd edək ki, dəhşətli cinayət hadisəsi ötən ilin iyununda Abşeron rayonunun Qobu qəsəbəsində qeydə alınıb. İttihama görə, 30 yaşlı Fərid Hüseynli yaşadıqları evdə əvvəlcə 20 yaşlı arvadı Leylanı, sonra isə və 8 aylıq körpəsi Aylanı bıçaqlayaraq öldürüb. O, özünü də öldürmək istəyib, amma həyatını xilas etmək mümkün olub.

Leyla Bakı Dövlət Universitetinin üçüncü kurs tələbəsi olub. O, biologiya müəllimliyi ixtisası üzrə təhsil alırdı.

Bu işin məhkəmə istintaqı qapalı keçirildiyi üçün cinayətin səbəbləri bilinmir.


Cəmiyyət
İlahiyyat İnstitutunun rektoru: "Aşurada insanlar qan verməklə bir can xilas edirlər"

İlahiyyat İnstitutunun rektoru:...

Cəmiyyət
İşçilərin təhlükəsizliyini təmin etməyən işəgötürənlər: Qurum niyə hərəkətə keçmir?

İşçilərin təhlükəsizliyini təmin...

Cəmiyyət
Fenomen psixoloq: "Özümü Allahın işığı və vasitəçisi kimi görürəm"

Fenomen psixoloq: "Özümü Allahın...

Cəmiyyət
Azərbaycanda qadınların pensiya yaşı DƏYİŞDİ

Azərbaycanda qadınların pensiya...

Cəmiyyət
3 mindən çox şəhidin vikipediyadan məlumatları silindi: Səbəb "ensiklopedik dəyəri yoxmuş" - İDDİA

3 mindən çox şəhidin vikipediyadan...

Cəmiyyət
Milli Qəhrəman Natiq Qasımovun anasına ev verilib - FOTO

Milli Qəhrəman Natiq Qasımovun...

Комментарии (0)