11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Youtube-da sərgilənən reklam elanlarının sayı artıb

Youtube-da sərgilənən reklam elanlarının sayı artıb
Google şirkəti Youtube üzərindən əldə olunan gəlirləri yüksəltməyin yeni üsullarını axtarır. Bu yolda şirkət istifadəçiləri ya Youtube Premium abunəliyini əldə etməyə məcbur edir ya da onlara daha çox reklam elanlarını sərgiləyir. Son günlərdə istifadəçilər Youtube-da çoxlu sayda reklam elanlarının sərgilənməsindən şikayətçi olmağa başlayıblar. İstifadəçilərin bəziləri qeyd ediblər ki, Youtube-da hər hansısa videonun əvvəlində videoplatforma onlara 5-ə yaxın reklam elanı sərgiləyir. Bununla belə sərgilənən reklam elanları buraxılması qeyri-mümkün olan reklam elanlarıdır və onlardan hər biri 6 saniyəlik xronometraja sahibdir. Görünür, Google şirkətinin bu cür strategiyası Youtube Premium əldə etməmiş istifadəçiləri əhatə edir və bu üsul ilə şirkət onları Premium abunəlik sisteminə keçid etməyə məcbur edir.

 Youtube təmsilçiləri istifadəçilərin şikayətlərinə reaksiya veriblər və qeyd ediblər ki, bunun əsas səbəbi bir video üçün 6 saniyədən daha yüksək xronometraja sahib reklam elanlarıdır. Bəzi istifadəçilərin sözlərinə əsasən videonun əvvəlində sərgilənən reklam elanlarının sayı hətta 8 və ya 10-a da çatır. Aydın məsələdir ki, Youtube bu cür özəlliyi öz platformasında sadəcə hələ ki, test edir. Lakin nəticədə videolarda reklam elanlarının say artımının olub-olmayacağı bilinmir. İstifadəçilər isə öz növbələrində bununla mübarizə aparmaq üzrə müzakirələr aparırlar. Onlar bir-birilərinə reklam bloklayıcılarından və ya mobil cihazlar üçün alternativ video platformalardan istifadəni məsləhət görürlər.
Texnologiya
Yaponiya dünyanın ilk taxta peykini orbitə buraxacaq

Yaponiya dünyanın ilk taxta peykini...

Texnologiya
"WhatsApp"da YENİLİK

"WhatsApp"da YENİLİK...

Texnologiya
"Facebook" dan gözlənilməz yenilik... - Hər kəsə pulsuz internet

"Facebook" dan gözlənilməz...

Texnologiya
Dünyanın ən məşhur 15 saytı - SİYAHI

Dünyanın ən məşhur 15 saytı - SİYAHI...

Texnologiya
HONOR X9b - Heyrətləndirmək üçün yaradılmışdır

HONOR X9b - Heyrətləndirmək üçün...

Texnologiya
iOS 18 ilə bizi nə kimi yeniliklər gözləyir?

iOS 18 ilə bizi nə kimi yeniliklər...

Комментарии (0)