11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///     13:45 Yollarda tıxac zamanı sürücülərin beş təhlükəli səhvi: Ekspertdən XƏBƏRDARLIQ   ///     13:09 Uşaqların 1-ci sinfə qəbulu BAŞA ÇATIR   ///     14:09 Sentyabrın 10-da hava durumu necə olacaq?   ///     10:04 DYP "Formula-1" ilə əlaqədar hərəkət iştirakçılarına müraciət etdi   ///    

"Tesla" bütün avtomobillərində avtopilotdan imtina edib

"Tesla" bütün avtomobillərində avtopilotdan imtina edib

"Tesla" korporasiyası öz saytından markanın bütün elektrik avtomobillərinin avtopilot funksiyasına malik olması ilə bağlı bəyanatı silib.

Oxu.Az bu barədə "Electrek"ə istinadən xəbər verir.

2019-cu ilə qədər dərc edilmiş bütün yazılar "Tesla" bloqundan silinib. Xüsusilə, müəlliflər 2016-cı ildən etibarən markanın tamamilə bütün elektrik avtomobillərinin avtopilot funksiyası ilə təchiz edildiyini bildirən yazının yoxa çıxdığını qeyd ediblər. Bu qeydin nüsxələri müxtəlif internet arxivlərində saxlanılıb.

"Electrek"in mütəxəssisləri "Tesla" rəhbərlərinin bu qərarını "biabırçılıq" adlandırıblar. Müəlliflər qeyd ediblər ki, İlon Maskın korporasiyası səkkiz il əvvəl bu bəyanatı verməyə tələsib və açıq-aydın öz istehlakçılarını çaşdırıb və indi bu bəyanatı rədd edib.

Şirkət öz elektrik avtomobillərini özüişləyən avtomobillər kimi reklam etməyə davam edir. Bununla belə, istifadəçi müqaviləsində qeyd olunur ki, elektriklə işləyən avtomobillər özbaşına hərəkət edə bilməz - "Full Self-Driving" funksiyasından istifadə edərkən istifadəçi əllərini sükanda saxlamalı və istənilən vaxt avtomobilin idarəedilməsini öz üzərinə götürməyə hazır olmalıdır.


Avtomobil
Dünyanın ən ucuz elektromobili: Cəmi 100 dollara

Dünyanın ən ucuz elektromobili:...

Xeberler / Avtomobil
DYP-dən jalüz və plyonka ilə bağlı açıqlama

DYP-dən jalüz və plyonka ilə bağlı...

Avtomobil
Çin maşınları keyfiyyətcə "Mercedes", BMW və "Audi" ilə müqayisə olunublar

Çin maşınları keyfiyyətcə...

Avtomobil
Azərbaycanda ötən il 1833 yol qəzası olub - 750 ölü, 1719 yaralı

Azərbaycanda ötən il 1833 yol...

Avtomobil
Azərbaycanda işlənmiş avtomobil alanlar yürüş fırıldağından necə qoruna bilərlər?

Azərbaycanda işlənmiş avtomobil...

Avtomobil
"Ram" 1.2 milyondan çox pikapını geri çağırdı

"Ram" 1.2 milyondan çox pikapını...

Комментарии (0)