11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///     13:45 Yollarda tıxac zamanı sürücülərin beş təhlükəli səhvi: Ekspertdən XƏBƏRDARLIQ   ///     13:09 Uşaqların 1-ci sinfə qəbulu BAŞA ÇATIR   ///     14:09 Sentyabrın 10-da hava durumu necə olacaq?   ///     10:04 DYP "Formula-1" ilə əlaqədar hərəkət iştirakçılarına müraciət etdi   ///    

Avtomobilə toxunduqda yüngülvari elektrik vurur? - Ekspertdən həyati təhlükə barədə XƏBƏRDARLIQ

Avtomobilə toxunduqda yüngülvari elektrik vurur? - Ekspertdən həyati təhlükə barədə XƏBƏRDARLIQ

İstənilən avtomobilə toxunduqda yüngülvari elektrik vura bilər. Bu, adətən təbii səbəblərdən baş verir. Lakin bəzi hallarda elektrik zərbələri təhlükəli nəticələrə səbəb ola bilər.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Tarantas-news" portalının avtomobil ekspertləri xəbərdarlıq ediblər.

Onların sözlərinə görə, adətən problemin əsas səbəbi kuzada statik elektrikin toplanmasıdır.

"Bu, küləyin daşıdığı abraziv hissəciklərin maşının səthinə sürtünməsi nəticəsində baş verir. Nəticədə, kuzada statik yük toplanır və bu səbəbdən avtomobilə toxunduqda elektrik vurur. Bu, həmçinin sürücü və ya sərnişinlərin geyiminin maşının içərisindəki səthlərə sürtünməsi ilə də baş verə bilər. Belə hallarda statik yük insanda toplanır".

Mütəxəssislər nadir hallarda bu problemin elektrik naqillərinin hissələrinin aşınması nəticəsində yarandığını bildiriblər.

"Bu, elektrik avadanlığında nasazlıq, zəif kontaktlar, akkumulyator batareyasının kifayət qədər sıxılmamış mənfi klemması, kütləyə qısaqapanma - xoşagəlməz fenomenin əsas səbəbləridir", - deyə onlar izah ediblər.

Təhlükələri

Ekspertlər səbəb nə olursa-olsun statik gərginliyin real təhlükə təşkil etdiyini vurğulayıblar.

"Səth üzərində və ya insanda toplanan statik elektrik qığılcım boşalmasına səbəb ola bilər. Onun enerjisi 2,5-7,5 mC təşkil edə bilər. Bu, tez alışan qarışıqları yandırmaq üçün kifayətdir".

Onların sözlərinə görə, bu vəziyyət məsələn, yanacaqdoldurma məntəqələrində təhlükəli ola bilər.

Mütəxəssislər daimi elektrik zərbələrinin, bundan başqa elektrik avadanlığının sıradan çıxmasına, həmçinin əzələlərin mikroyığılmasına və hətta ürək-damar sistemi patologiyalarına səbəb ola biləcəyi barədə xəbərdarlıq ediblər.

Bundan necə qorunmaq olar?

Avtomobildən çıxarkən yükü hiss etməmək üçün "torpaqlanmaq" lazımdır: Ayaqları yol səthinə qoymadan əvvəl maşının damına, qapının bir hissəsinə və ya gövdənin digər metal hissəsinə toxunun. Sonra əlinizi buraxmadan nəqliyyat vasitəsindən çıxa bilərsiniz.

Digər qorunma üsulları da mövcuddur:

Antistatik zolaq - bu, 90-cı illərdən məşhur olan "tuning" hissəsidir ki, bir tərəfi avtomobilin gövdəsinə bərkidilir, digər tərəfi isə yerə toxunur.

Yükü digər metal əşyalarla boşaltmaq - avtomobilin gövdəsinə əllərinizlə toxunmadan, ona açar və ya brelok qoyun.

Antistatik zolağı olan şinlər quraşdırın. Belə modellər bir çox şirkətlər tərəfindən istehsal olunur.


Avtomobil
"Ram" 1.2 milyondan çox pikapını geri çağırdı

"Ram" 1.2 milyondan çox pikapını...

Avtomobil
"Ford" sürücülərinin NƏZƏRİNƏ: Bir milyondan çox avtomobil geri çağırılır

"Ford" sürücülərinin NƏZƏRİNƏ: Bir...

Avtomobil
Bakıda yaşayış binalarının həyətinə də parkomat qoydular – FOTO

Bakıda yaşayış binalarının həyətinə...

Avtomobil
Xaricdə sürücülük vəsiqəsi alıb Azərbaycana gələn şəxslər onu dəyişdirməlidirlər?

Xaricdə sürücülük vəsiqəsi alıb...

Avtomobil
Sükan arxasında telefon aludəçiliyi psixi pozğunluq əlamətidir – TƏDQİQAT

Sükan arxasında telefon aludəçiliyi...

Avtomobil
Karantini pozan 1 822 sürücü cərimələndi

Karantini pozan 1 822 sürücü...

Комментарии (0)