11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///     13:45 Yollarda tıxac zamanı sürücülərin beş təhlükəli səhvi: Ekspertdən XƏBƏRDARLIQ   ///     13:09 Uşaqların 1-ci sinfə qəbulu BAŞA ÇATIR   ///     14:09 Sentyabrın 10-da hava durumu necə olacaq?   ///     10:04 DYP "Formula-1" ilə əlaqədar hərəkət iştirakçılarına müraciət etdi   ///    

Avtomobilinizi payıza hazırlamaq üçün 5 vacib addım: Ekspertdən məsləhətlər

Avtomobilinizi payıza hazırlamaq üçün 5 vacib addım: Ekspertdən məsləhətlər

Payız gəldikdə hər bir avtomobil sahibi nəqliyyat vasitəsinin hazırlanmasına xüsusi diqqət yetirməlidir. Bunun üçün bir neçə sadə, lakin vacib məqama diqqət yetirmək lazımdır.

Oxu.Az-ın verdiyi məlumata görə, Rusiyanın Milli Avtomobil İttifaqının vitse-prezidenti Yan Haytseyer "Moskva 24"-ə verdiyi müsahibədə bu məsələ ilə bağlı dəyərli tövsiyələr verib.

O, ilk növbədə şüşə təmizləyicisini dəyişdirməyi məsləhət görür.

"Yay variantını payızın ortalarına qədər istifadə etmək olar, lakin 10 dərəcə Selsi və daha aşağı temperaturda qış şüşə təmizləyicisinə keçmək lazımdır. Həmçinin, onların işləməsinə cavabdeh olan mexanizmləri və rezin hissələri yoxlamaq vacibdir", - deyə Haytseyer bildirib.

Avtomobilinizi payıza hazırlamaq üçün 5 vacib addım: Ekspertdən məsləhətlər

Ekspert növbəti məqam kimi yanacaq filtrinin yoxlanılmasını göstərib.

"Yay aylarında, tətil mövsümündə şəhərətrafı regionlara səfər zamanı şübhəli yanacaqdoldurma məntəqələrindən sonra yanacaq filtrinə su və ya parafin sıza bilər. Daha aşağı temperaturlarda bu, mühərrikin işə salınmasına mane olar", - deyə Yan Haytseyer xəbərdarlıq edir.

Mütəxəssis avtomobil sahiblərinə ilk şaxtalar düşənə qədər akkumulyatoru yoxlamağı da tövsiyə edib. Statistika göstərir ki, payız və qış aylarında bütün nasazlıqların təxminən 30%-i məhz akkumulyator batareyasının nasazlıqları ilə bağlıdır.

Bundan əlavə, ekspert şüşələr üçün xüsusi maye almağın vacibliyini xatırladır.

"Müntəzəm payız yağışları görünüşü əhəmiyyətli dərəcədə pisləşdirir, buna görə də keyfiyyətli şüşə yuyucu sükan arxasında təhlükəsizliyin təminatıdır", - deyə mütəxəssis izah edib.

O, radiatorun təmizlənməsinə də çağırıb. Mütəxəssisin sözlərinə görə bu, mühərriyin həddindən artıq qızmasının qarşısını alacaq və onun xidmət müddətini uzadacaq.


Avtomobil
"Ram" 1.2 milyondan çox pikapını geri çağırdı

"Ram" 1.2 milyondan çox pikapını...

Avtomobil
"Ford" sürücülərinin NƏZƏRİNƏ: Bir milyondan çox avtomobil geri çağırılır

"Ford" sürücülərinin NƏZƏRİNƏ: Bir...

Avtomobil
Bakıda yaşayış binalarının həyətinə də parkomat qoydular – FOTO

Bakıda yaşayış binalarının həyətinə...

Avtomobil
Xaricdə sürücülük vəsiqəsi alıb Azərbaycana gələn şəxslər onu dəyişdirməlidirlər?

Xaricdə sürücülük vəsiqəsi alıb...

Avtomobil
Sükan arxasında telefon aludəçiliyi psixi pozğunluq əlamətidir – TƏDQİQAT

Sükan arxasında telefon aludəçiliyi...

Avtomobil
Karantini pozan 1 822 sürücü cərimələndi

Karantini pozan 1 822 sürücü...

Комментарии (0)