11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Un yenə BAHALAŞACAQ – Bu tarixdən...

Un yenə BAHALAŞACAQ – Bu tarixdən...
Rusiyanın buğda ixracına tətbiq etdiyi rüsumu artırması region bazarlarında bu məhsulun bahalaşmasına səbəb olur. Azərbaycan öz tələbatının 35-40 faizini idxal hesabına təmin etdiyindən buğdanın bahalaşması ölkəmizdə də qiymətlərin yüksəlməsi ilə nəticələnir.
Sfera.az bildirir ki, Rusiya 2022-ci ilin yanvarın 18-dən qüvvəyə minmək şərtilə buğda ixracına yeni rüsum tətbiq edib. Rusiyanın Kənd Təsərrüfatı Nazirliyinin qərarına əsasən, ixrac ediləcək buğdanın hər tonu üçün rüsum 3,3 dollar artırılaraq 98,2 dollara çatdırılacaq. Yeni artımdan sonra buğdanın ixrac qiyməti 340,4 dollar olacaq. Yanvarın 18-nə qədər isə buğdanın ixrac qiyməti 335,6 dollar təşkil edəcək.
Lakin buğdanın qiymətində artım bununla da kifayətlənməyəcək. Ötən il Rusiya hökumətinin elan etdiyi kimi 2022-ci ilin fevralın 15-dən iyunun 30-na kimi buğda ixracına kvota tətbiq ediləcək. Qərara əsasən, bu dövr ərzində Rusiya 8 milyon ton buğda ixracına imkan yaradacaq. Daha çox buğda almaq istəyənlər isə hər ton üçün əlavə 100 avro ödəməli olacaqlar.
Rusiyanın ixracı bahalaşdıqmaqda məqsədi ölkədaxilində buğdaya olan tələbatın ödənilməsi və un istehsalının təşviq olunmasıdır. Rusiya xammal satmaq əvəzinə emal edilmiş məhsul satmağı üstün tutur.
Yaranmış yeni vəziyyət Azərbaycanın idxal etdiyi buğdanın və dolayısı ilə unun qiymətinin yüksəlməsinə səbəb olur. Ölkəmizdə unun pərakəndə satış qiyməti 2021-ci ilin yanvarında 1,15 manat olduğu halda hazırda 1,4-1,5 manat səviyyəsinə çatıb.
Unun bahalaşması öz növbəsində çörəyin qiymətinin artmasını qaçınılmaz edir. 2021-ci ilin yanvarında buğda unundan bişirilən 1 kiloqram çörəyin qiyməti 80 qəpik olduğu halda, artıq qiymətlər 1 manata çatıb.
Xarici bazarlarda buğda qiymətlərindəki artımın Azərbaycana mənfi təsiri daha zəif ola bilərdi. Bunun üçün buğda istehsalının tələbatı tam və ya heç olmasa 90 faiz ödəməsi lazımdır. Lakin Azərbaycandakı buğda istehsalı tələbatın 50-60 faizini ödəyə bilir. 2020-ci ilə aid olan məluma əsasən, ölkəmizdə buğdaya olan illik tələbat 3,47 milyon ton təşkil edib. Yerli istehsal isə 1,82 milyon ton olub. Qalan hissə idxal və əvvəlki illərdən qalan qalıq hesabına təmin edilib. Göründüyü kimi, hər il Azərbaycanın təxminən 1,5 milyon ton idxal buğdasına ehtiyacı var. Buna görə də xaricdə qiymətlər yüksəldikdə Azərbaycanda da un bahalaşır, əksinə olduqda isə un ucuzlaşır.
İqtisadiyyat
Daha bir neft ölkəsi milli valyutasını devalvasiya edib

Daha bir neft ölkəsi milli...

İqtisadiyyat
COP29 könüllüləri "Kiçik dostlarımız üçün təkrar istifadə" şüarı ilə ekoloji aksiya keçiriblər

COP29 könüllüləri "Kiçik...

İqtisadiyyat
Rusiya Azərbaycan mallarını niyə ölkəyə buraxmır? - AÇIQLAMA

Rusiya Azərbaycan mallarını niyə...

İqtisadiyyat
Manatın sabaha olan məzənnəsi

Manatın sabaha olan məzənnəsi...

İqtisadiyyat
Azərbaycanda bu məhsulların QİYMƏTLƏRİ ucuzlaşdı - SİYAHI

Azərbaycanda bu məhsulların...

İqtisadiyyat
Pandemiya benzin qiymətinə necə təsir etdi?

Pandemiya benzin qiymətinə necə...

Комментарии (0)