09:06 Prezident İlham Əliyev Zəfər parkında olub   ///     07:06 Vətən müharibəsinin 4-cü ildönümü: Xalqımız şəhidlərin xatirəsini anır   ///     13:37 İlham Əliyev iqtisadi məsələlərə həsr olunmuş müşavirədə çıxış edib   ///     10:59 Marketdən alınan çörək alıcını şoka saldı: AQTA hərəkətə keçdi   ///     06:53 Bərdədə ata azyaşlı qızına zorakılıq göstərib? - DİN araşdırma aparır   ///     13:57 Ərdoğan Paşinyanı sevindirdi - Türk Evindən Ermənistana və Qərbə verilən mesaj   ///     10:33 Karantin rejiminin müddəti uzadıldı   ///     09:44 Qrip və KRVİ arasındakı fərq nədir? - Həkimdən   ///     10:16 Mehriban Əliyeva ailə üzvləri ilə ağacəkmə aksiyasında   ///     07:23 Tələbənin geyiminə fikir bildirən universitet müəllimi söhbətə çağırıldı   ///    

Azərbaycanda bu kommunal xidmətin qiyməti 5 dəfə artırıla bilər

Azərbaycanda bu kommunal xidmətin qiyməti 5 dəfə artırıla bilər
Azərbaycanda bu kommunal xidmətin qiyməti 5 dəfə artırıla bilər


Bakıda adambaşına düşən lift ödənişləri ilə bağlı təklif hazırlanır.

MAY.AZ xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyininə yeni təyin olunmuş baş direktor Xalid Ələkbərov bildirib.

Onun sözlərinə görə, vətəndaşlar lift pulunu ödəmək istəmirlər:

“Biz də çalışırıq ki, digər qurumlar kimi, birlikdə sistem qurulsun və nağd ödənişdən qaçaq. Bu gün işçilərimiz vətəndaşdan 20 qəpik almaq üçün qapını döyür. Əhali elə düşünür ki, biz o pulu cibimizə qoyuruq. Amma onlar bilmir ki, adambaşına düşən lift ödənişlərinin qiyməti 20 qəpik deyil”.

Baş direktor qeyd edib ki, adambaşına düşən lift ödənişləri ilə bağlı təklif hazırlanır:

“Biz istəyirik ki, qiymətlərə baxılsın. Nazirlər Kabineti məsləhət bilsə, qiymətlər artırıla bilər. İdarəmiz dövlət vəsaitinin hesabına işləyir, əməkhaqqı veririk. Ödəniş az olduğu üçün işçilərin əməkhaqqını qaldıra bilmirik. Çünki dövlətdən maliyyələşirik.

Hesabatla götürəndə adambaşına lift pulu bir manat 80 qəpik-iki manata yaxın çıxır. Amma təklifdə minimum bir manat qeyd edilib. Bu məbləğ olsa və nağdsız hesaba keçilsə, işçilərimizin də qapı-qapı düşüb pul yığması məsələsi aradan qalxar. İnsan var ki, gedir bir manata adi su alıb içir, amma liftlə qalxmağa pul ödəyəndə deyir ki, niyə 20 qəpik ödəyirəm? Qiymət təklifdəki məbləğ olsa, lift xarab olanda onu təmir etmək, vəsait qoymaq olar”.
Xeberler
Gülər Əhmədova oğlunu evləndirdi - VİDEO

Gülər Əhmədova oğlunu evləndirdi -...

Xeberler
Sabah Bakının 5 qəsəbəsində və iki rayonda qaz olmayacaq

Sabah Bakının 5 qəsəbəsində və iki...

Xeberler
Maaş artımı daha kimlərə şamil ediləcək?

Maaş artımı daha kimlərə şamil...

Xeberler
28 yaşlı Leylanın yaxtada biznesmenlə meyiti tapıldı

28 yaşlı Leylanın yaxtada...

Xeberler
Azərbaycanda vətəndaşlara pul yardımı ediləcək? - RƏSMİ

Azərbaycanda vətəndaşlara pul...

Xeberler
Qar, yağış yağacaq, güclü külək əsəcək, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

Qar, yağış yağacaq, güclü külək...

Комментарии (0)